SİZİN REKLAM BURADA!
055 213 76 73



10 İyul 2018-ci il tarixində tanınmış beynəlxalq koreya brendinə məxsus life-style mağazalar şəbəkəsi “Mumuso”nun Azərbaycanda ilk mağazasının açılışı olacaq.

Yeni mağaza Bakı şəhərinin mərkəzində, Nizami küç 58 ünvanında yerləşir və aşağıdakı kateqoriyalar üzrə 2 mindən artıq keyfiyyətli və müasir məhsullar təqdim edəcəkdir:

  • Gözəllik və Gigiyena
  • Uşaq malları
  • Geyim və Aksessuarlar
  • Elektronika malları
  • Məişət ləvazimatları
  • Çantalar
  • Ev tekstili
  • Dəftərxana ləvazimatları

Yüksək keyfiyyətli məhsul, funksionallıq, zəngin çeşid və əlçatan qiymətlər “Mumuso” mağazalarının qapılarını müştərilərinin üzünə açacaq əsas üstünlüklərindəndir.

Mumuso məhsullarının Azərbaycandakı rəsmi eksklüziv idxalçısı peşəkarlar komandasının səyləri nəticəsində 2017-ci ildən uğurlu fəaliyyətə başlamış “MUMUSO Azerbaycan” MMC-dir. Şirkət bütün Azərbaycan ərazisində inkişaf etmək və iştirakını genişləndirməyi planlaşdırır.


“Biz dünyaca tanınmış və sevilən Asiya brendini bakılılara və şəhərimizin qonaqlarına təqdim etmək imkanından məmnunuq. Bu gün bizim məhsullarımız Koreya, Çin, Vyetnam, Filippin, Sinqapur, Avstraliya, Tailand, Türkiyə, BƏƏ, İndoneziya və artıq Azərbaycanda da mövcuddur. Bu, bizim Azərbaycanda ilk mağazamızdır və biz böyük ruh yüksəkliyi və əminliklə inanırıq ki, yerli bazarda özünəməxsus yerimizi tuta biləcək və bu sahənin daha da inkişaf etməsinə öz töhfəmizi verə biləcəyik. İnanırıq ki, şəhərimizin sakinləri “Mumuso”nun müasir dizayn həllərini yüksək qiymətləndirəcək və sevəcəklər”- deyə “Mumuso Azerbaycan” ın icraçı direktoru Zeynalov Fərrux qeyd etdi.


Mağazanın rəsmi açılışı münasibətilə alıcıları aksiyalar, müəyyən məhsullara endirim, eləcə də maraqlı müsabiqə və oyunlar gözləyir.

Qeyd: Koreya brendinə məxsus life-style mağazalar şəbəkəsi “ Mumuso” 2014-cü ildə Asiyada fəaliyyətə başlamışdır və bu gün brendin dünya üzrə 500-dən çox mağazası mövcuddur.

MUMUSO –nun emblemi –Cənubi Koreya çiçəyi Hibiskus zəriflik və davamlılıq rəmzidir. Hibiskus kulinariya, tibb, kosmetika və parfümeriya sahələrində istifadə olunur .O, gözəl və iddiasızdır, çiçəklənmə dövrü isə digər çiçəklərdən fərqli olaraq, daha uzundur. Buna görə koreyalılar onu “ölməz” adlandırır.

www.mumuso.com/az/ru