SİZİN REKLAM BURADA!
055 213 76 73



"Azercell Telecom" MMC "Wi-Fi" şəbəkəsi üzərindən səs rabitə xidmətini tətbiq etməyə hazırlaşır.


BAKU.WS
-in məlumatına görə, bunu "Azercell Telecom"un prezidenti Vahid Mürsəliyev "BakuTel-2015" sərgisi çərçivəsində təşkil edilmiş şirkətin fəaliyyətinin təqdimatında deyib.

Onun sözlərinə görə, hazırda bu xidməti göstərmək üçün şirkət lisenziya almaq məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməyə hazırlaşır: "Xidmət "Azercell" şəbəkəsinin abonentlərinə "Wi-Fi" şəbəkəsinə qoşularaq zəng etməyə imkan verəcək. Bu servisdən istifadə üçün heç bir əlavəyə hetiyac yoxdur. Şirkətə müraciət edərək servisi aktivləşdirmək kifayətdir. Xidmətin qiyməti və tətbiqi tarixi hələ məlum deyil. Xidmət yalnız ölkənin daxilində göstəriləcək".

 

BAKU.WS