VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İngiltərənin kiçik biznes üzrə naziri və baş nazir Tereza Mey qərargahının sabiq rəhbəri Enryu Qriffits mətbuatda adının iki qadınla seks-qalmaqalda hallandırıldığı üçün istefa vermək qərarına gəlib.

Oxu.Az-ın Gazeta.ru-a istinadla verdiyi xəbərə görə, bu barədə “The Sunday Mirror” məlumat yayıb.

Nəşr həmçinin nazirin ailəsindən, baş nazirdən və hökumətdən üzr istəməsini və istefa ərizəsini də dərc edib. Qriffits qeyd edib ki, o bu hərəkətindən “çox utanır”:

“Hərəkətlərimə bəraət qazandırmaq istəmirəm. Ümid edirəm zamanla hər kəs məni bağışlayar”.

BAKU.WS