VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS şənbənin gününün - 14 iyul tarixinin ulduz falını təqdim edir:

QOÇ
- Uğurlu gündür. Bu gün istənilən imkanlardan istifadə edib maddi və ya şəxsi həyatınızı yaxşılığa doğru dəyişə bilərsiz. Səbr və təmkin nümayiş etdirsəniz daha çox qazanacaqsız.

BUĞA - Düşünmək, mənəvi təmizlənmək zamanıdır. Ətrafdakılarla çox ünsiyyətə girməyin. Bu günü idmana, gəzintiyə, istirahətə həsr edin.

ƏKİZLƏR - Həyat enerjiniz aşağı düşüb, aktivlik göstərməyin. İşdə diqqətli olun, həmkarlarınızla ünsiyyətdə təmkinli davranın. Heç kimin sizinlə işi yoxdur, siz də bir küncə çəkilib günü başa vurun.

XƏRÇƏNG - Planlarınız dəyişə bilər. Bu gün daha sakit olun. Başınızı itirməyin. Baş verənləri analiz edin. Siz həmişə haqlı ola bilməzsiz. Bu mümkün deyil.

ŞİR - Gözəl gündür. Dostlarla ünsiyyət qurun, qonaq gedin. Bir sözlə, əylənin. Uşaqlara diqqət yetirin; sizin qayğınızla həll olunacaq problemləri yarana bilər. Ailə münasibətlərini önəmsəyin.

QIZ - Əyləncəli gündür. Səyahət və gəzinti üçün hazırlığa başlaya bilərsiz. İstənilən işdə şansınız gətirəcək. Hadisələrin gedişatını öz xeyrinizə dəyişə biləcəksiz.

TƏRƏZİ - Aktiv gündür. Fiziki işlə, idmanla məşğul ola bilərsiz. Dostlarla kollektiv əyləncənin tam zamanıdır. Enerjiniz yetərincədir, axşamı da səsli-küylü məclisdə keçirə bilərsiz.

ƏQRƏB - Ehtiyatlı və diqqətli olmanız tələb olunur. Bu gün xəsarət ehtimalı daha çoxdur. Çalışın heç bir işdə aktivlik nümayiş etdirməyin. Şəxsi münasibətləri qaydasına salın. Mübahisə və münaqişələr sizin xeyrinizə birməyəcək.

OXATAN - Ulduzların uğurlu düzülüşü bu gün sizə bütün işlərdən xeyir götürməyə imkan verəcək. Şansınız artır, bundan əvvəl reallaşdırmaqda çətinlik çəkdiyiniz arzunuzu asanlıqla həyata keçirəcəksiz.

OĞLAQ - Təhlükəli gündür. Hərəkətlərinizə görə cavabdehlik daşıyacaqsız. Səsli-küylü içki məclislərindən uzaq olun. Günün ikinci yarısı enerjiniz azalacaq. Axşam saatlarını istirahətə həsr edin.

DOLÇA - Gərgin gündür. Daxili azadlığınızı və prinsiplərinizi müdafiəsi önə çıxacaq. Həyat sizə xoş sürprizlər hazırlayır. Şəxsi və iş həyatınızda irəliləyiş gözlənilir.

BALIQLAR - Həftənin sonu sizə pozitiv bəxş edəcək. Bu gün sizi sevən insanlarla əhatələnəcəksiz. İşgüzar və şəxsi görüşlər uğurla nəticələnəcək.

BAKU.WS