VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Sabirabad rayon sakini Gülüşov Yusif Sabirabad "ASAN xidmət” mərkəzinə müraciət edərək "ASAN xidmət ” mərkəzlərindən yararlanan 7 000 000-cu  vətəndaş olaraq qeydə alınıb.  
 
 
Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, 6 yaşlı Yusif valideynləri ilə birlikdə Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı xidmətə müraciət edib və müvafiq xidmətdən yararlanıb.

Qeyd edək ki, hazırda 5-i paytaxda və 4-ü regionlarda olamaqla 9 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Bundan başqa, səyyar ASAN xidmətin xüsusi avadanlıqlarla təchiz olunmuş 10 avtobusu dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərir. 
 
BAKU.WS