VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Bəzən mətbuatda yazırlar ki, "İbrahim Cəfərov universiteti dağıdır", "universiteti talayır”. Bilmədən belə demək doğru deyil. Bizə çamur atanlar bu monopoliyanı əldən buraxmaq istəməyənlərdir. Mən dağıdıramsa, gəl, araşdırma apar. Əgər əyri-əskiklik varsa, buyur yaz. Amma kiminsə haqqına girib böhtan atma".

BAKU.WS “ölkə.az"a istinadən xəbər verir ki, bu fikirləri Gəncə Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov Kənd Təsərrüfatı Nazirliyinin (KTN) təşkilatçılığı ilə reallaşan jurnalistlərlə görüş zamanı bildirib.

Rektor deyib ki, universitetdə görülən işlərin 99 faizi böyük zəhmət hesabına son 5 ildə yaradılıb:

"Builki məzun günündə cənab nazir İnam Kərimova onunla hansı şəkildə əlaqə saxlayacağımı soruşdum. O dərhal mənə əlaqə nömrəsini verdi. Biz hər gün ən azı 1 dəfə əlaqə saxlayırıq. Bu bir şəxsi əlaqə deyil, universitetimizin daha da inkişafı üçündür. Çünki həllini gözləyən çox sayda problmlərimiz var. Problemlərimizi həll etməliyik, ən əsası təhsil proqramlarımız yenilənməlidir".

İ.Cəfərov bu sahəyə marağın az olduğunu da söyləyib:

"Unutmayın ki, hamımız iyul-avqust aylarında qarpız yemək istəyirik, yaxşı süd, qatıq axtarırıq, bax onları yaradanları bu torpaqlar, universitet yetişdirir. Bu gün hüquqşünas, jurnalist, bankir olmaq, qarpız yemək istəyənlər çoxdur, amma yetişdirmək istəyənlər azdır. Bu gün Kürdəmirdə 40-45 dərəcədə qarpız, Naxçıvanda ərik yetişdirmək asan deyil. Sizi əmin edirəm ki, yaxşı mütəxəssisin çəkdiyi əziyyət əvəzində azı 2-3 min manat götürmək imkanı var. Sadəcə insanlarımızı bu sahəyə cəlb etmək lazımdır".

Rektor bildirib ki, universitetdə rüşvətsiz təhsilə nail olunub:

"Biz buna böyük mübarizə hesabına nail olmuşuq. Bəzən söyüş, danlaq eşitmişik. Hələ də bir qrup elə başa düşür ki, tələbədən 50 manat almaq çörək qazanmaqdır. Mən auditoriyada da demişəm, tələbədən rüşvət tələb edən müəllim nə qədər şərəfsizdirsə, ona o şəraiti yaradan tələbə də ən az onun kimi şərəfsizdir".

BAKU.WS