VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Səhiyyə Nazirliyinin Mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Nazirliyin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova BAKU.WS-ə açıqlamasında bildirib ki, nazirin müvafiq əmri ilə bu vəzifəyə telejurnalist Pərviz Abubəkirov təyin edilib.

O, bu gündən fəaliyyətə başlayıb.

Qeyd edək ki, P.Abubəkirov əvvəllər ANS-də “Cinayət işi” və İTV-də “Qanundan kənar” verilişlərinin aparıcısı olub.

BAKU.WS