SİZİN REKLAM BURADA!
055 213 76 73




Sabiq vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlərlə bağlı Türkiyə Respublikasında "American Hastanesi"nə yerləşdirilib.

BAKU.WS xəbər verir ki, F.Məmmədovun qohumlarının "APA-Economics"ə verdiyi məlumata görə, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb.

Hazırda sabiq nazir "American Hastahanesi"nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır.

BAKU.WS