VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İyunun 21-i səhər saatlarında Günəşdə partlayış qeydə alınıb.

BAKU.WS
xəbər verir ki, bu partlayış zəif (C) və orta (M) kateqoriyalar arasında yer alıb.

Qeyd edək ki, Yerə təsir göstərən ən zəif kateqoriya hesab olunan C kateqoriyalı partlayış sonuncu dəfə bu il martın 30-da qeydə alınıb.

Ötən il isə Günəşdə A kateqoriyalı güclü partlayış qeydə alınıb. Mütəxəssislər isə hesab edirlər ki, belə hallarda böyük təhlükə hesab edirlər. Bu hadisədən sonra Harvard universitetinin astronomiya fakultəsinin rəhbəri Abraham Loeb və onun həmkarı Manasvi Linqam məlum hadisə ilə bağlı dəhşətli proqnozlar irəli sürmüşdülər. Onların iddialarına görə, bəşəriyyəti Günəşdə baş verən güclü partlayış məhv edəcək. Alimlər kitabxanadakı elektron arxivləri incələdikdən sonra bu fikri səsləndiriblər:

“Biz bildiririk ki, güclü partlayış riski kifayət qədər dəyərləndirilməyib. Bəşəriyyət güclü partlayışların yaranmasına şahid ola bilər. Bu vəziyyət min il ərzində iqtisadi, texnoloji cəhətdən dağıdıcı itkilərə səbəb ola bilər”.

Açıqlamada qeyd edilir ki, günəşin partlayışlarının enerjisi 2*1034-dən 6*1036 erq arası intervalda dəyişir. Bu rəqəmlərin aşağı sərhədi planetin eko sisteminin minimal dağılmasına səbəb ola bilər.

Günəşdə baş verən partlayışlar Yerin ətrafındakl peykləri, planetin elektrik sistemini sıradan çıxara bilər. Onlar ozon təbəqəsini dağıda bilərlər. Bu isə planetin məhvi deməkdir.

Super partlayışlar alimlərin hesablamalarına əsasən 2 min ildən bir baş verir. Sonuncu dəfə 775-ci ildə müşahidə edilib və 750 il sonra təkrarlanması ehtimal edilir.

Ziya SƏCCAD
BAKU.WS