SİZİN REKLAM BURADA!
055 213 76 73



“Diqqətimi çəkən bir məqama da münasibət bildirməmiz vacibdir. Diqqət yetirirəm ki, bütün din böhtançılarının şəxsimizə yönəlik böhtanlarında ilk yeri nurçu, fetoçu ittihamı tutur. Təbii ki, bütün məzhəb və təriqətləri kültür məsələsi kimi dəyərləndirən, fəqət İslam baxımından doğru təzahürlər olmadığını hər dəfə dilə gətirən bir insan kimi fikircə, hərəkətcə, təhsilcə bu saçmalıqlardan tamamilə fərqli platformada olduğumu təkrar söyləməyi lüzum bilmirəm”.

BAKU.WS
xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa “Facebook” səhifəsində yazıb. O, yazısında Fətulla Güləni tənqid edib.

“Bir müşahidəmi söyləyim ki, bu Fətuĺla Gülən də eyniylə iranlılar kimi ağlayır, şivən qoparır, onların teatral hərəkətlərini təkrarlayır. Əcaba, bu eyni məktəbin təmsilçiləri bir-birinə nədən sahib çıxmırlar, nədən birlikdə ağlaşma qurmurlar?

Mən məktəb məsələsində bu gün də o fikirdəyəm ki, kimin məktəb açmasına önəm verməyin, Azərbaycan övladlarına ingilis də, rus da, alman da, yəhidi də, türk də, müsəlman da müasir bilikləri öyrədirsə, buna qarşı çıxmaq yanlışdır. Təki cəhalət öyrətməsin, nadanlığı, qatilliyi təlqin etməsin. Azərbaycan xalqının ən dəyərli insanlarından biri bilirsiniz kimdir? 19-cu əsrdə "Vətən dili" dərsliyini ərsəyə gətirmiş Aleksanr Osipoviç Çernyayevski! Bu fiziki əlilliyi olan şəxsiyyətin millətimiz üçün Qori Müəllimlər seminariyasında etdikləri ilə sizlərin mərsiyyələrlə etdiklərinizin obyektiv müqayisəsini apara bilərsinizmi?”, - deyə deputat bildirib.

F.Mustafa deyir ki, cəhalət elementlərini müsəlman adlanan dünyanın bütün sektalarında, cinahlarında görmək mümkündür:

“Dünən bir şərhdə Sələfi olduğunu bəyan edən birisi yazır ki, dostlar Fazil Mustafaya inanmayın, o, Quranidir. Araşdırıb görürəm ki, bunlar bütün dəlillərini Qurana istinad edərək gətirən alimləri nifrətlə Qurani adlandırırlar. İşimizə, gücümüzə baxın, adamı razı salmaq üçün İnciləmi, Tövratamı istinad edək? P zaman da İncili, Tövrati ləqəbini verəcəksiniz? Qurandan başqa hansı etibarlı mənbə var ki, biz ona üz tutaq? Bu zehniyyət də məmləkətimizə İrandan gəlməyib ki?

Bu yerdə böyük söz ustadı Füzulinin "Bu kafirlər əsiri bir müsəlman olmasın, ya Rəbb!" misrasında yatan ağrı-acını daha dərindən anlayırsan.

Sözümün canı budur ki, yobazlıq, cəhalət məzhəbə, təriqətə baxmaz, hər cinahda az sayda bilənlər və çox sayda bilməyənlər var. Əsas məsələ dahi Molla Nəsrəddinın söylədiklərinə əməl etməkdir: Bilənlər bilməyənləri öyrətsin!”.

BAKU.WS