SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS günün - 06.06.2018 tarixinin ulduz falını təqdim edir:

QOÇ
- Həftənin ortasıdır, enerjiiniz azalır. Gündəlik işlərlə məşğul olun, özünüzü artıq yükləməyin. Yaxınlarınızla ünsiyyət xoşagələn olmaya bilər. Sizdən yardım istəyəcək, bir sıra problemlərin həllini sizə həvalə etməyə çalışacaqlar. Münaqişəli situasiyalarda təmkin nümayiş etdirin. Gələn xəbərləri təhlil edin.

BUĞA - Təzadlı gündür. Yaxın ətrafınızdakı insanlarla təmasda balansa riayət edin. Fikir yürüdərkən müstəqil olun, heç kimin təsiri altına düşməyin. Yeni layihəni gerçəkləşdirərkən qətiyyətli olun. Axşam saatlarına yaxın münasibətləri aydınlaşdırmağa təşəbbüs göstərməyin. Qarşı tərəfdə dialoq istəyi olmalıdır.

ƏKİZLƏR - Qarışıq gündür. Günün ilk yarısı hadisələrin inkişafı sizi qane etməyəcək. Kənar amillərin təsiri altında bəzi ssenariləri dəyişmək məcburiyyətində qaloacaqsız. Günün ikinci yarısında neqativ məqamlar sizdə bədbinlik yaratmasın. Unutmayın, hər şey keçəcək. Səhhətinizə fikir verin.

XƏRÇƏNG - Sürpriz və hədiyyələrlə zəngin gündür. Gün sizi təəccübləndirəcək hadisələrlə zəngin olacaq. Arzuladığınız işlərdən birinə başlamaq şansı yaranacaq. Fürsətdən yararlanın. Günün ikinci yarısında yeni əlaqələr qurun, təmasları aktivləşdirin, münasibətləri nizamlayın. 

ŞİR - Təmkin və səbr tələb edən bir gündür. Ünsiyyətdə qarşılıqlı iradların sayını azaldın. Susmağa, qarşı tərəfi dinləməyə üstünlük verin. Maraqlandığınız məsələnin təfərrüatlarını öyrənin. Yüz ölçün, bir biçin. Fəaliyyət istiqamətində dəyişikliklər etmək olar.

QIZ - Ümumilikdə yaxşı gündür. Uzaqdakı tanış və ya dostlardan birindən qəfil xəbər alacaqsınız. Ünsiyyətdə səmimi olun. Sizi ilk sözdən anlayan, dərk edən insan üçün darıxa bilərsiniz. Fərdi təşəbbüsləriniz qeyri-müəyyən nəticələr vəd edir.

TƏRƏZİ - Günün ilk yarısında durum birmənalı deyil. İrəliyə doğru hərəkətiniz davranış motivlərinizdən asılıdır. Aqressiv, sərt, kinli olmayın. Seçimlərdə hisslərə əsir düşməyin. Axşam saatlarında xoş hadisələrlə üzləşəcəksiz. Maliyyə məsələləri yaxınlarınızla təmaslarınıza mənfi təsir etməməlidir.

ƏQRƏB - Düşüncələrinizi analiz edin. Yaşananların məğzini hiss etməyə çalışın. Üstün məziyyətlərinizdən faydalanın. Emosiyalarınıza nəzarət edin. Fikir və ya ideyanın köləsinə çevrilməyin. Güclü hisslərə zərurət duyursunuzsa, spontan addımlar atmayın.

OXATAN - Emosional durumunuz işlərin gedişatını müəyyənləşdirəcək. Tənqidə, eyhamlara aqressiv reaksiya verməyin. Birmənalı olmayan situasiyada məntiqli və təmkinli davranın. Hisslərinizə məğlub olsanız, kobud səhvə yol verəcəksiniz.

OĞLAQ - Hər şey sizdən asılıdır. Davranışlarınıza diqqət etsəniz, gününüz pis keçməyəcək. Ciddi, məsuliyyətli qərar verməyə tələsməyin. Səhv etmək ehtimalı çoxdur. Tənqidlərə, zarafata, iradlara sərt reaksiya verməyin. Kiçik uğursuzluqlar sizi əsla ruhdan salmamalıdır.

DOLÇA - Bu gün işgüzar və şəxsi münasibətlərdə aktivlik nümayiş etdirməyin. Günün ilk yarısı tanışlıq və mühüm əlaqələr üçün düşərli deyil. Ciddi problemlər yarana bilər. Bu gün passiv olun və günü yola salın. Səfərləri təxirə salın.

BALIQLAR - Diqqət tələb edən gündür. Ehtiyatlı olsanız günü səhvsiz başa vuracaqsız. İşgüzar və şəxsi görüşlər zamanı kənar təsirlərin qarşısını alın. Öz maraqlarınızı müdafiə etməkdən çəkinməyin. Axşam saatlarını əyləncəyə ayırın. Dincəlmək haqqınızdır.

BAKU.WS