VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BAKU.WS 4 iyun tarixinin - həftənin ilk iş gününün ulduz falını təqdim edir:

QOÇ
- Qarışıq gündür. Günün ilk yarısında aktivliyinizin yüksək səviyyədə olmasına çalışın. Əks təqdirdə başladığınız işi başa vura bilməyəcəksiniz. Enerjili olun, geri çəkilməyin. İradəli olsanız, bir çox problemləri həll edə bilərsiniz. Günün ikinci yarısında yaxşı gəlir və maraqlı işgüzar təklif istisna deyil. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Axşam saatlarını istirahətə ayırın.

BUĞA - Gün hormoniya vəd edir. İşlə yanaşı, evdə də problemlərin yaranmasına rəvac verə biləcək zamandır. Ciddi səhvə yol verməyin. Bədxahlardan birinin yaxşı düşünüb hazırladığı manipulyasiya və ya intriqasına aldanmayın. Sakit, təmkinli olun. Günün ikinci yarısında situasiyanın gərginlik səviyyəsi aşağı düşəcək. Yaxınlarınızla ünsiyyət, dostlarla görüş və romantik təmaslar üçün münasib zamandır. Səhhətinizin qeydinə qalın.

ƏKİZLƏR - Müsbət gündür. işdə yaranan bəzi çətinliklərə rəğmən irliləyişə nail olacaqsınız. Başladığınız işi tamamlayın. Yarımçıqlıqdan uzaq durun. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Günün ikinci yarısında cari, rutin fəaliyyətinizə bir neçə insan qatılacaq. Alış-veriş etmək, maliyyə və əmlak məsələlərini həll etmək, müstəqil kommersiya fəaliyyətinə başlamaq olar. Axşam saatlarına yaxın yaxınlarınızla fikir ayrılığı yarana bilər. Ciddi mübahisə və ya münaqişəyə zəmin yaratmayın.

XƏRÇƏNG - Yaxşı gündür. İşdə problemlər və münaqişələrin qarşısını ala bilərsiniz. İşgüzar əlaqələrdə və şəxsi münasibətlərdə təşəbbüs üçün əlverişli zamandır. Yeni ideyalarınız cəsarətli, novatordur. Günün ikinci yarısında yaxınlarınızda münasibətlərinizi nizamlayın. Onlar sizi dinləməkdən daha çox öz işləri ilə məşğul olsalar da, aqressiv olmayın. Əsəblərinizi qoruyun.

ŞİR - hadisələrin axarı rəvan olsa da, ən kiçik problemlərin ciddiliyini süni şəkildə artıraraq həyəcanlanmayın. Bəyənmədiyiniz insana və ya təqdir etmədiyiniz hadisəyə sərt reaksiya verməyin. Müsbət təmayüllərdən tam bəhrələnməyə can atın. Əks təqdirdə çeşidli imkanları əldən verəcək, uğur əldə etmək şanslarından yararlanmayacaqsınız.Günün ikinci yarısında nəzərdə tutulmamış xərclər olacaq. Alış-verişdə diqqətli olun. Biznesə pul yatırmaq fikrinizi ertələyin. Sürəkli olaraq həyatlarından şikayətlənən bədbin insanlardan uzaq durun. Belə adamlardan sizə xeyir gəlməz.

QIZ - əlverişli və yaxşı gündür. Müsbət təmayüllərin təsiri artır. Çətin məsələlərin öhdəsindən gələcəksiniz. Heç bir problem sizə həllolunmaz təsir bağışlamasın. İndiyədək dil tapmadığınız insanlarla münasibətlər rəvanlaşacaq. Uzun müddətdən bəri məhsuldar fəaliyyətə mane olan münaqişələri çözə bilərsiniz. Peşəkar məziyyətlərinizi sezəcəklər. Günün ikinci yarısında maraqlı işgüzar təklif ala bilərsiniz. Axşam saatları romantik təmaslar üçün münasibdir.

TƏRƏZİ - Gərgin gündür. Çətinliklər yox deyil. Amma müsbət təmayüllərin təsiri daha güclüdür. Gün prinsip etibarilə pis deyil. Məhsuldarlığınız yüksək olsun, fəal və enerjili çalışın. Planlaşdırdığınız işləri görüb başa vurun. Qəfil tapşırıq və sifarişi vaxtında yerinə yetirməyə çalışın.
Günün ikinci yarısında hisslərinizin fəaliyyətinizə maneələr yaratmasına imkan verməyin. Emosional gərginlikdən yayının. Rəğbət bəslədiyiniz insan bu gün sizinlə maraqlanacaq. Axşam saatlarını ailənizə həsr edin.

ƏQRƏB - Uğurlu gündür. Peşəkar fəaliyyət müstəvisində uğurlara nail ola bilərsiniz. Adi günlərlə müqayisədə daha ağır və mürəkkəb işə başlasanız belə, onun öhdəsindən gələcəyinizə şübhə etməyin. Yeni tərəfdaş və ya müttəfiq arayışları, danışıqlar üçün yaxşı gündür.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə problemlər yaranmamalıdır. Bir-birinizi anlamağa çalışın. Sevdiyiniz insanı xoş sözlə, həssas rəftarla sevindirin.

OXATAN - Gərgin və çətin gün olacaq. Mənfi təmayüllərin təsiri güclənir. Həyəcan, təlaş, güclü neqativ hisslər az deyil. Hisslərin təsiri altına düşərək düşünülməmiş addım atmayın, səhv etməyin. İstənilən situasiyada soyuqqanlı davranmaq bacarığını dəfələrlə nümayiş etdirmiş insanların məsləhətlərini dinləyin.Günün ikinci yarısı uzaqdan gəlmiş insanlarla müzakirələr və diskussiyalar üçün əlverişli deyil. Qarşılıqlı anlaşmaya nail olmaq çətinləşəcək. Münaqişə riski artır.Sevdiyiniz insanla münasibətlərdə soyuqluğun yaranmasına imkan verməyin.

OĞLAQ - Gün təmkin və iradə tələb edəcək. Əvvəllər başladığınız işləri davam etdirmək və tamamlamaq üçün əlverişli zamandır. Yeni layihəni reallaşdırmağa, yeni işə başlamağa tələsməyin. Situasiya bunun üçün uyğun deyil.Yaxınlarınızla yanaşı, özünüzə qarşı da tələbkar olsanız, ciddi uğurlara nail ola bilərsiniz.Günün ikinci yarısı yeni tanışlıqlar üçün pis deyil. Lakin münasibətlərinizin istədiyiniz sürətlə inkişaf etməyəcəyinə hazır olun.Axşam saatlarında yaşlı qohumlarla fikir ayrılığı yarana bilər. İxtilafa səbəb maliyyə məsələləri olacaq.

DOLÇA - Gün xoş sürprizlər vəd edir. Bir zamanlar əməkdaşlıq etdiyiniz insanla qəfil görüş ola bilər. Hal-əhvaldan sonrakı söhbətdə yeni layihənin konturlarının yaranması istisna deyil. Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir. Alış-veriş uğurlu olacaq. Axşam saatlarında romantik görüş istisna deyil.

BALIQLAR - Önəmli gündür. Ətrafınızda yaşanan olayları diqqətlə müşahidə edin. Daha təcrübəli insanlardan həyat dərsi almaq imkanları yaranacaq. İntuisiyanız itidir. Peşəkar fəaliyyət müstəvisi ilə bahəm şəxsi münasibətlərdəki problemləri sürətlə həll edə biləcəksiz. Günün ikinci yarısında alacağınız məlumatların hamısı dəqiq və aydın deyil. Buna baxmayaraq, bu informasiyalar gələcəkdə gərəyiniz olar. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun. Aldana bilərsiz.

BAKU.WS