SİZİN REKLAM BURADA!
055 213 76 73


BAKU.WS həftə sonunun - 3 iyun tarixinin ulduz falını təqdim edir:

QOÇ
- Müsbət gündür. Bir qədər əvvəl yaranmış problemləri asanlıqla olmasa da, uğurla həll edəcəksiz. Yeni dost və müttəfiq qazana bilərsiniz. Məqsədə doğru qətiyyətlə irəliləyin. Yaxın ətrafınızdakı insanlar sizə sayğı bəsləyirlər. Çətin vəziyyətə düşəndə yardım istəməkdən çəkinməyin.
Hisslərin əsiri olmayın. Bəzi insanlar barədə onların layiq olduqlarından yaxşı düşünməyin. Düşünülməmiş addımlar atmayın, sonradan sizi peşman edəcək işlər görməyin.

BUĞA - Sizin üçün tamamilə yeni fəaliyyət sahəsində uğurlara nail ola bilərsiniz. Yeni müttəfiq və ya tərəfdaş seçməkdə intuisiya yardımçınız olacaq. Etimada layiq olmayan insanları yaxın buraxmayın. Diqqət, xüsusi zəhmət tələb edən işlərlə məşğul ola bilərsiniz.
Günün ikinci yarısında işgüzar fəallığınız yüksək olsun. Bütün diqqəti işə ayıraraq şəxsi həyatı unutsanız belə, yaxınlarınız inciməyəcəklər. Yaşlı qohumların yardımlarına bel bağlaya bilərsiniz.

ƏKİZLƏR - Maliyyə işlərində uğurlar olacaq. Bu gün bağlanan müqavilələr və əldə edilən razılaşmalar yaxşı gəlir vəd edir. Danışıqlar yaxşı keçir. Nüfuzlu tərəfdaşlardan biri ilə qeyri-formal şəraitdə müzakirələr aparmaq olar. Yeni tanışlar sizə zahiri görünüşünüzə görə qiymət verirlər. Bunu unutmayın. Yaxınlarınızdan biri sizi qəfil xəbərlə sevindirəcək. Planlarınızda müəyyən dəyişikliklər etmək gərəkdir və bu, sizi qıcıqlandırmamalıdır. Etiraflar üçün əlverişli zamandır.

XƏRÇƏNG - Gərgin, mürəkkəb gündür. Tələskənlik və qarğaşa şəraitində özünüzü rahat hiss etmirsiniz. Mənfi emosiyaların təsirinə düşməyin. Bütün diqqəti işə ayırın. Diqqətsizlik acı yanlışlıqlara səbəb ola bilər. Adi günlərlə müqayisədə daha çox səhvlərə yol verməyin. Belədə ətrafınızdakı insanlar işgüzarlıq və bacarıqlarınıza şübhə edə bilərlər. Günün ikinci yarısında maliyyə itkiləri, mənasız xərclər istisna deyil. Böyük miqyaslı anlaşmalar və sövdələşmələr, bahalı nəsnənin alınması məsləhət deyil. Səfər və ya səyahəti ləğv edin, ya da təxirə salın.

ŞİR - Təzadlı gündür. Ani istəklərin toruna düşməyin, öhdəliklər və vədlərinizi unutmayın. İradəli, əzmli olun. Hisslərinizə əsir olsanız, uğursuzluqdan yayına bilməyəcəksiniz. Planlaşdırılmamış xərclər etməyin. Maliyyə imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Yumşaqlıq, güzəştə meylli olmaq, səmimiyyət yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi qorumağa imkan verəcək. Məntiqli davranın. Yaxınlarınızın məsləhətlərinə qulaq asın.

QİZ - Enerjili gündür. Bu gün istənilən səddi dəf edə bilərsiniz. Yaşam potensialının səviyyəsi yüksəkdir. Yaxın ətrafınızdakı insanlar sizə çatmaq istəyirlər. Geridə qalanlara sinirlənməyin. Zərurət yaranarsa, onlara yardım edin. Gördüyünüz işin ödənişini bir qədər sonra alacaqsınız. İşdə rəhbərliklə və ya nüfuzlu şəxslərlə qarşılıqlı anlaşmaya nail olmaq mümkündür. Yaxınlarınızla münasibətlərdə diqqətli, həssas olun. Yaradıcı, işgüzar məzmunlu yeni layihəyə başlamaq olar.

TƏRƏZİ - Emosional gündür. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə həssas olun. Özünüzü anlamağa çalışın. Kiçik problemlər sizi ruhdan salmasın. Baş verənlərin hamısına mənfi yanaşmayın. Tənqidlərə aqressiv reaksiya verməyin. Yaxınlarınızın xahiş və təkliflərini qulaqardına vurmayın. Həllini tələb edən problemlərin önəmini anlamağa çalışın, çünki siz hələlik aysberqin zirvəsini görürsünüz. Tələsməyin. Az sonra situasiya aydınlaşacaq və nə etmək gərəkdiyini biləcəksiniz.

ƏQRƏB - Yaxın ətrafınızdakı insanların dəstəyi və yardımları indi xüsusi əhəmiyyət kəsb edir. Dəstək alacaqsınız, amma yardımlar gözləntilərinizə uyğun miqyasda və həcmdə olmayacaq. Müstəqil işləməkdən çəkinməyin. Müttəfiq və tərəfdaşlarla münasibətlərdə diqqətli olun. Onlara dəyər verdiyinizi göstərin. Bütün bunlar münasibətlərlə bahəm, ümumi layihəyə də müsbət təsir edəcək. Sirli, müəmmalı, mistik məqamlara maraq artır. Amma unutmayın ki, onların hamısının trivial izahı var. Qarşılıqlı təmaslarda diqqətli olun. İlk dəfə qarşılaşdığınız insana inanmayın.

OXATAN - Maraqlı və aktual informasiya ala bilərsiniz. Həmin məlumatdan öz maraqlarınız üçün nə qədər tez istifadə etsəniz, bir o qədər yaxşıdır. Zaman indi bədxah və rəqiblərinizin xeyrinə işləyir. Yeni işlərə başlamaq, əməkdaşlıqla bağlı anlaşma və ya sazişə nail olmaq mümkündür. Biznesə və ya perspektiv saydığınız layihəyə sərmayə yatıra bilərsiniz. Sevdiyiniz insanla təmaslar müsbət emosiyalar bəxş edəcək. Arzularınızdan biri çox yaxında çin olacaq. İntuisiyanıza güvənin. O, hətta ən çətin və mürəkkəb məqamlarda sizi aldatmayacaq.

OĞLAQ - Mürəkkəb, ciddi işlər və önəmli görüşlər üçün münasib olmayan gündür. Səbirsiz, tələskən, qıcıqlı olmayın. Yaşam enerjinizin səviyyəsi yüksəkdir. Yaxın ətrafınızdakı insanlar sizə əməkdaşlıq və ya qarşılıqlı fəaliyyətin yeni sahəsini təklif edəcəklər. Yardım istəyənə kömək edin, ümidləri qırmayın. Dəstək arayan insanı dinləyin.Çalışdığınız yerdə və ailədə problemlər, mübahisələr yarana bilər. İşdəki problemi, qarşıdurmanı tezliklə həll edəcəksiniz. Ailədə isə güzəştə getməsəniz, müdrik olmasanız, problem xroniki hal ala bilər.

DOLÇA - Sürprizlərlə dolu gündür. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Həmin təkliflər maliyyə durumunuzun dərhal yaxşılaşması ilə bağlı olmasa da, perspektiv baxımından pis deyil. Yeni istiqamətdə və ya layihədə çalışmaq olar.Yaxın qohumlar, habelə sevdiyiniz insanla münasibətlərdə ciddi irəliləyişlər olacaq. İndiyədək sürəkli mübahisə etdiyiniz insanla qarşılıqlı anlaşmaya nail olmaq mümkündür.

BALIQLAR - Sakit və rəvan, yarımçıq işlərin başa çatdırılması, nəticələrə nəzərə salınması üçün əlverişli gündür. Tələsməyin. Yaranmış situasiyanı təhlil edin, planlara dəyişikliklər edin. Yaxın ətrafınızdakı insanlara məsləhətlər verin. Onlar səylərinizə dəyər verəcək, xırda işlərlə yanaşı, ciddi məsələlərlə bağlı sizə müraciət edəcəklər.Ailə üzvləri ilə təmaslarda həssas olun. Şəxsi münasibətlərdə diqqətli olun. Yaxın bildiyiniz insanla təmaslar xoşdur, qarşılıqlı anlaşma var. Çoxdan bəri rəğbət bəslədiyiniz insan sizi sevindirəcək. 

BAKU.WS