SİZİN REKLAM BURADA!
055 213 76 73



Milli Məclisdə millət vəkillərini uşaqlar əvəz edib. 1 iyun - uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə millət vəkillərinin yerində əyləşən balacalar, məclisin iş fəaliyyəti ilə tanış olub, dəyirmi masada iştirak ediblər.

Azərbyacan Milli Məclisində, qanunların qəbul edildiyi zalda bu dəfə millət vəkilləri yox, uşaqlar əyəlişib. Onlar milli məclisdə səs vermə zamanı isitfadə edilən avadanlıqların necə işlədyini öyrənib və məclisin iş fəaliyyəti ilə tanış olublar.

1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə Milli Məclisdə keçirilən tədbir maraqlı görüntülərlə yadda qalıb. Balacalara millət vəkillərinin hansı iş gördüyü izah edilib və milli məclis binasına ekskurisya təşkil edilib.

Daha sonra uşaqlarında iştirak ilə ''Mənim səsim-mənim hüquqlarım parlamentdə müzakirə'' adlı dəyirmi masa təşkil edilib. Burada uşaqların sualları cavablandırılıb və onlara tövsiyyələr verilib.

Bundan başqa tədbirdə Dağlıq Qarabağ münaqişəsi haqqında da geniş məlumat verilib və ermənilərin törətdiyi vəhşiliklərdən danışlıb. Vurğulanıb ki, təkcə müharibə dövrü deyil, həm də atəşkəs elan edildikdən sonra da ermənilər Azərbaycanlı uşaqları qətlə yetiriblər.

Tədbirin sonunda müxtəlif bacarıqlarına görə fərqlənən uşaqlara diplom və fəxri fərmanlar təqdim edilib.

Xəzər TV