SİZİN REKLAM BURADA!
055 213 76 73



Doğmalarımızın ölümündən sonra yeganə təsəllimiz onlardan xatirə qalan fotoşəkillər olur. Bu şəkillər az da olsa qəlbimizi ovudur, bir anlıq həmin anları geri qaytarır.

Lakin ezoterika elmi ölülərin fotoşəkillərinə qarşı daha ehtiyatlı və həssas davranmağı tövsiyə edir.Bu elmə görə qaydalara əməl olunmazsa, ölülərin enüerjisi bizə mənfi təsir edə bilər.

Dünyadan köçənlərin şəkilləri istənilən halda ölülərin dünyasına aiddir. İnsan dünyasını dəyişsə də, şəkiləri vasitəsilə bu dünya ilə əlaqəsi qalır. Odur ki, bu şəkilləri saxlamağın xüsusi qaydası var. Heç bir halda ölülərin fotoşəkillərini evin divarından asmayın. Həmin fotolara uzun müddət baxmaq da məsləhət deyil. Çünki bu bütün enerjiniz zəifləyir. Bu isə insana emosional və fiziki zərər yetirir. Ən dəhşətli enerjiyə malik fotolar isə, dəfn mərasimi çəkilən şəkillərdir. Məhz bu cür şəkillər hər dəfə insana baş vermiş hadisəni xatırladır.

Ölülərin fitişəkillərini seçib, qara qutunun içərisində ayrıca saxlayın. Dünyadan köçənlərin fotoşəkillərinə bir neçə saniyə keçməmək şərtilə nadir hallarda baxmaq tövsiyyə olunur. Həmçiinin qeyd olunur ki, bu tip fotolara yalnız dünyadan köçmüş doğmalarımızın anım günlərində baxa bilərik.

Psixoloqlar isə bu mövzuda fərqli düşünürlər. Onların fikirlərinə görə, ölülərin şəkillərini divardan asmağa ona görə qorxuruq ki, bu fotolar bizə öz ölümümüzü xatırladır. Ən əsası isə dünyasını dəyişən şəxslərin sizə qarşı etdiyi səhvləri qəlbinizdə bağışlayın ki, onun şəkilləri sizdə mənfi yox, xoş xatirələr oyatsın. Unutmayaq ki, hər bir fotoşəkilin xüsusi enerji qüvvəsi mövcuddur. Onu zərərimizə yönəltməkdən çəkinməliyik.

BAKU.WS