SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəmkirdə yaşayan Samir Hüseynov qeyri-adi velosiped icad edib.

BAKU.WS sputnik.az-a istinadən xəbər verir ki, velosipedin hündürlüyünün 1.8 metrə yaxın olmasına baxmayaraq, ixtiraçı onu sürərkən heç bir çətinlik çəkmir.

33 yaşlı ixtiraçı kiçik yaşlarından velosped həvəskarı olduğunu, 10 ildən artıqdır onların satış və təmirini etdiyini bildirib.

Bu velosipedin isə fərqlilik yaratmaq marağından yarandığını danışıb. Ona ən xoş gələn isə velosipedi sürərkən hamının ona təəccüblə baxması olduğunu deyir.

Samir Hüseyinov gələcəkdə 3 nəfərin idarə etdiyi velosiped hazırlamaq istəyinidə dilə gətirib.

BAKU.WS