SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konsert keçiriləcək.

BAKU.WS-in məlumatına görə, bu gün Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert proqramı keçiriləcək. Konsert proqramında tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edəcək.

Konsert saat 20:00-dan etibarən Dənizkənarı Milli Park ərazisində – Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı meydançada quraşdırılımış böyük monitorda canlı yayımlanacaq. Saat 22:00-da isə möhtəşəm atəşfəşanlıq olacaq.

BAKU.WS