BAKU.WS şənbə gününün - 26.05.2018 tarixinin ulduz falını təqdim edir:

Qoç
– Nikbin və gülərüz olmağa çalışın. Yaxın ətrafınızdakı insanlar bunu sezəcəklər. Maraqlı tanışlıqlar və yeni əlaqələr zamandır. Sizi usandıran, mənfi emosiyaların yaranmasına səbəb olan insanla təmasları kəsin. Günün ikinci yarısında ötən həftədən yarımçıq qalan işi başa vurun. Emosiyalarınıza nəzarət edin.

Buğa – Əlverişli və yaxşı gündür. Peşəkar fəaliyyət müstəvisində uğur əldə edə bilərsiniz. Ən yaxşı məziyyətlərinizi göstərin, bacarıqlarınızı nümayiş etdirin. Yaradıcılıqla məşğul olmaq mümkündür. Günün ikinci yarısında məşğul olacağınız iş uğurla müvəffəqiyyətlə yanaşı, müsbət emosiyalar da vəd edir.

Əkizlər – Təzadlı gündür. Fikir və mövqelərinizi aqressiv şəkildə açıqlamağa tələsməyin. Situasiyanı sonadək araşdırın. Yaxın ətrafınızdakı insanlar radikal mövqeyinizi bölüşməyəcəklər. Səhhətinizə fikir verin. Yaxınlarınızın haqsız iradları ilə razılaşmaq çox çətindir. Ailədəki ab-havaya fikir verin, aqressiv olmayın. Güzəşt edin.

Xərçəng – Gərgin gündür. Mühüm məqamları diqqətdə saxlayın. Uzunmüddətli planlar üçün o qədər də əlverişli zaman deyil. Davranşınıza nəzər salın. Fəaliyyət modelini situasiyaya uyğun olaraq dəyişməlisiniz. Yaxınlarınızla çoxsaylı fikir ayrılıqları və təmas problemləri yaratmayın. Vəziyyətdən çıxış yolu əlinizdədir.

Şir – Sürprizlərlə dolu gündür. Qəfil xəbər, mühüm informasiya planlarınızda dəyişikliklərə səbəb olacaq. Qeyri-adi insanla görüş istisna deyil. Səfərə yollanarkən yaxşı hazırlaşın. Fürsətləri dəyərləndirin. Günün ikinci yarısında sevdiyiniz insanın qəlbini qırmayın. Sakit, rəvan tərzdə danışın. Axşam saatlarını ən yaxın insanlarla keçirin.

Qız – Gün ancaq xeyir gətirəcək. Mənfəət əldə edərək əlavə gəlir mənbəyinə yiyələnə bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdəki kiçik problemlərdə paradoksal olsa da, xeyir var. Çünki maneələrlə sədləri dəf edərkən strategiyanı dəyişə bilərsiniz. Şəxsi və işgüzar məsələlərdə hər şey sizin xeyrinizə nəticələnək.

Tərəzi – Enerji tələb edən gündür. Təxirəsalınmaz həll tələb edən maliyyə məsələlərini çözün. Problemlərin mənşəyini, səbəblərini anlamadan nə öz vəsaitinizlə, nə də başqasının pulları ilə rasional davrana bilməyəcəksiniz. Nikbin olsanız daha çox iş görə bilərsiniz. Günün ikinci yarısında mənəvi prinsiplərinizi madiyyata qurban verməyin.

Əqrəb – Yaxınlarınızdan birinin istəyi və tələbi təəccüb doğurur. Sağlam məntinq və arqumentlər problemin həlli üçün kompromis tapmağa imkan verəcək. Texniki avadanlıqla, məişət əşyaları ilə ehtiyatlı olun. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin bədxah münasibəti stress vəziyyəti yaranacaq.

Oxatan – Günün ilk yarısında yaxın ətrafınızdakı insanlardan biri ilə münasibətlərinizi aydınlaşdırmağa çalışmayın. Birmənalı dəyərləndirilə bilməyəcək sözlər söyləməyin. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Günün ikinci yarısında yaxınlarınızın ehtiyac və tələbatlarını unudaraq istəklərinizi yerinə yetirməyə çalışmayın.

Oğlaq – Günün ilk yarısında aktivliyinizi bir qədər azaldın. Maraqlandığınız işlərlə məşğul olun. Maliyyə çətinlikləri yaranarsa, planlaşdırılmış alış-verişdən imtina edə bilərsiniz. Günün ikinci yarısında yaxınlarınız sizdən dəstək istəyəcəklər. Vaxtınızı və maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin.

Dolça – Təxəyyülünüzü işə salın, problemlərin həllinə yaradıcı yanaşın. Vaxtınızı fövtə verməyin. Diqqətli olun. Səhvlərinizin fəsadları çox ağır ola bilər. Sözlərinizə fikir verin. Düşünülməmiş addımlar atmayın. Yaxınlarınızla ünsiyyətdə bəzi problemlər yarana bilər. Aqressiv və sərt davranışınız münaqişəyə səbəb olmasın.

Balıqlar – Aldığınız hər xəbərə, eşitdiyiniz hər məlumata inanmayın. Xəbərlərin əksəriyyəti yanlış ola bilər. Üstəlik, bəzi informasiyalar inandırıcı deyil. Günün ikinci yarısında işlərdə dönüş yaratmağa çalışın. Planlarda zəruri dəyişikliklər qaçılmazdır. Dəyər verdiyiniz insanların ehtiyaclarını nəzərə alaraq proseslərə müdaxilə edin.

BAKU.WS