VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünyanın ən zəngin insanları adətən bahalı yaxtalarla səyahət etməyi sevir.

"Business İnsider" saytının ən bahalı 11 yaxta sıralamasını yazıb:

"Microsoft" qurucularınadan Paul Allenin "Octopus" adlı yaxtasının dəyəri 200 milyon dollardır. Yaxtada 41 otaq, hovuz, kinoteatr, basketbol meydançası, səsyazma studiyası, 2 helikopter var.
Qətərin keçmiş rəhbəri Hamad bin Qasımı bin Caber əl Saninin 250 milyon dollarlıq yaxtası 2009-cu ildə "İlin mühərrikli yaxtası" adına layiq görülüb.Rusiyalı milyarder Əlişir Usmanov üçün hazırlanan "Dilbar" adlı yaxtanın dəyəri 256 milyon dollardır. Təxminən 16 min ton ağırlığında olan "Dilbar" eyni zamanda dünyanın ən böyük yaxtası hesab edilir.
Oman sultanının "Əl Səid" yaxtası 300 milyon dollsr dəyərindədir və içərisində böyük konsert zalı var.
Dubay şeyxi Məhəmməd bin Rəşid əl Mahdumun 400 milyon dollarlıq nəhəng yaxtası mozaik interyeri ilə diqqət çəkir.
Rusiyalı biznesmen Andrey İqoreviç Melniçenkonun "Sailing Yacht A" adlı yaxtası 450 milyon dollar dəyərindədir və içərisində 3 hovuzu var.
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın 2015-ci ildə aldığı "Serene" adlı yaxtasının dəyəri 560 milyon dollardır.
Milyarder Devid Gffenin 590 milyon dollarlıq "Rising Sun" adlı yaxtasında ötən il ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə xanımı Mişel Obama qonaq olub.
"Azzam" adlı 600 milyon dollarlıq yaxtanın sahibinin kim olduğu bilinməsə də, Əbu-Dabinin kral ailəsinə məxsus olduğu ehtimal edilir. Yaxtada dənizaltı raket əleyhinə sistem olduğu bildirilir.
Dünyanın ikinci ən böyük yaxtası "The Eclipse" rus milyader Roman Abramoviçə məxsusdur. Yaxtanın qiyməti 1,9 milyard dollardır. Yaxtada iki helikopter meydançası, iki hovuz və diskoteka yerləşir.
Dünyanın ən bahalı "The History Supreme" adlı yaxtası isə malayziyalı iş adamına məxsusdur. 4,5 milyard dollar dəyəri olan yaxtanın fasadının bir hissəsi qızıldan hazırlanıb.
Qafqazinfo