SİZİN REKLAM BURADA!
055 213 76 73



“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ən çox alimentlərlə bağlı müraciətlər daxil olur. Cüzi miqdarda olan alimentin verilməsi problemə çevrilir. Məişət zorakılığı ilə bağlı da müraciətlər daxil olur”.

BAKU.WS
“Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Sədaqət Qəhrəmanova deyib.

O qeyd edib ki, boşanan ailələrin təməli düzgün qoyulmur: “Dövlət komitəsi olaraq maarifləndirmə tədbirləri keçiririk. Boşlanmalarin sayı artırsa, bu, problemdir. Azərbaycanda qeyri-rəsmi nikahlardan hər il 2 minə yaxın uşaq doğulur. Düzdür, 10 il bundan öncə bu rəqəm daha böyük idi. Erkən nikahla bağlı qanunverivilikdə müəyyən dəyişikliklər edilməlidir”.

BAKU.WS