SİZİN REKLAM BURADA!
055 213 76 73



Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 4 rayonun Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrini vəzifələrindən kənarlaşdırıb.

BAKU.WS
"unikal.org" saytına istinadən verdiyi məlumata görə, nazirin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin - Sabunçu rayon TSEK sədri – Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahin Verdiyevi vəzifəsindən uzaqlaşdırıb.

Məsələ ilə bağlı Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən xəbəri təsdiqləyiblər.

BAKU.WS