SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyada təşkil olunacaq Dünya Çempionatından əvvəl terror təşkilatı İŞİD ulduz futbolçulara təhdidlər yağdırır.

Xarici mətbuatın verdiyi məlumata görə, daha əvvəl də çempionatla əlaqədar Rusiyanı təhdid edən terror təşkilatı bu dəfə Messi və Ronaldonu hədəf alıb. Belə ki, yayımlanan şəkillərdə ulduz futbolçuların başının İŞİD-çilər tərəfindən kəsildiyi təsvir olunub.

Qeyd edək ki, onlar Dünya Çempionatını qana boyamaqla Suriyada baş verənlərə görə Putindən intiqam almaq istədikləri bildirmişdilər.

BAKU.WS