VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xəbər verdiyimiz kimi, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mayın 8-dən etibarən, rəhbərlik etdiyi nazirlikdə kadr dəyişikliyinə start verib.

BAKU.WS
mia.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə ilk olaraq aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev işdən çıxarılıblar.

Üç gün əvvəl isə nazir aparat rəhbərinin səlahiyyətlərini yeni müşavir təyin etdiyi Anar Əliyevə həvalə edib. Nazir Anar Əliyevlə yanaşı, Vüsal Nəsirlini də özünə yeni müşavir təyin edib”

Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Daxili nəzarət şöbəsinin müdiri vəzifəsinin icrası Günel Nəsibovaya, Kadr və kadr hazırlığı şöbəsinin müdiri vəzifəsinin icrası isə Südabə Cəfərovaya həvalə edilib.

Qeyd edək ki, bu günə qədər Daxili nəzarət şöbəsinə Sultan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinə isə Qurbanəli Əsədov rəhbərlik edib.


Məlumata görə, vəzifədən getmə növbəsi nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova, Dövlət Əmək Müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə, Dövlət Sosial Müdafiəsi Fondunun sədri 67 yaşlı Zakir Babayev, həmin fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi Ağalar Xasayev, Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev, nazirliyin Nəsimi rayon sosial müdafiəsi mərkəzinin rəhbəri Əsgər Əsgərov, müşavir Yalçın Müslümov, həmçinin DSMF-nin Hüquqi Hüquqi Şəxslərlə İş idarəsin rəisi Şiraslan Əsədov və digər vəzifəli şəxslərə çatıb.

Mia.az "Reytinq” qəzetinə istinadən bildirir ki, yaxın günlərdə nazirlikdə növbəti dəyişikliklər olacaq və bu zaman çox böyük ehtimala keçmiş nazir Səlim Müslümovla aparat rəhbəri Əjdər Cəbiyevin yuxarıda adıçəkilən qohum-əqrabası və xeyli tələbə yoldaşları, dostları, hətta bəzilərinin gəlinləri də vəzifələrdən azad olunacaqlar:

"Növbəti kadr islahatlarının Səlim Müslümovun ta DSMF-dən başlayaraq, ətrafına topladıqları kadrlarının böyük əskrəiyyətini əhatə edəcək.


Sizə deyim ki, bu dəyişikliklər təkcə onların keçmiş nazirin yaxın ətrafı və ya qohum-əqrabası olduqlarına görə həyata keçirilməyəcək. Bu, həm yarıtmaz fəaliyyətlə bərabər, həm də ciddi zərurətə çevrilib.

Baxın, 1993-cü ildən DSMF-də işləyən və məhz Səlim Müslümovun əmri ilə sonra isə direktor təyin edilən Zakir Babayevin pensiya yaşından 4 ötüb.

Amma Səlim Müslümov 67 yaşlı bu adamı kadrını yola salmadı. Əksinə, onun müavinlikdən direktorluğa gətirdi, üstəlik, yaş faktoruna görə, birbaşa təyin edə biimədiyindən, onunla hər il bir illlik müqavilə bağlamaqla, ona xüsusi meydan verdi.

Sual oluna bilər ki, keçmiş naziri buna nə məcbur və ya sövq edirdi? Bəyəm Neft Akademiyasının məzununun pensiya sistemində əvəzolunanı yox idi?

DSMF-nin müqavilə ilə işləyən 67 yaşlı direktoru Z.BABAYEV

Əlbəttə var, çoxdur. Lakin onunla Səlim Müslümovu birləşdirən "çox incə məqam”lar var ki, bu, onun əvəzlənməsinə imkan vermirdi.

Hələlik bu barədə danışmaq istəmirəm, lakin sizə yalnız onu deyim ki, Zakir Babayev DSMF-nin bütün rayon və şəhərlərdə tikilən yeni inzibati binalarında əsas rol oynamış Səlim Müslümovun iki adamından biridir. Onun məhz tikinti sahəsi ilə hansı manevrlər edərək, Səlim Müslümovun qəlbini necə fəth etməsi və əvvətə ki, əvvəlki sədr Elman Mehdiyevi necə "devirməsi” araşdırılmalı mövzudur.

Digər kadrlara gəldikdə isə, məsələn, ƏƏSMN-in bütün maliyyə-təsərrüfat, mühasibat sektorunun cəmləşdiyi ən böyük sahəni əhatə edən iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovanın bu vəzifəyə necə yüksələməsini nazirlik sistemində bilməyən yoxdur.


Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadəyə gəldikdə, bu adam da Səlim Müslümovun dayısının kürəkənidir.

Heç kimə sir deyil ki, o da Səlim Müslümovun bu naxçıvanlı kadrı məhz kürəkən olduğu üçün belə sürətlə bu sahədə yüksəlib. Bəli, faktdır ki, Fuad, əslində Səlim Müslümovgilin məhz kürəkənləri olduğu üçün sürətli və şübhəli yüksəlişə nail olub.

Təsadüfi deyildi ki, Fuad Əlizadə sabiq nazirin bütün gizli və açıq maliyyə məsələlərində böyük rol oynayıb. Onun biznesini araşdırsanız, heyrətə gələcəksiz.

Fuad ƏLİZADƏ

Keçmiş nazirin "vurulması” zırurət olan digər kadrı isə qaynıdır. Cəzasızlığın, özbaşınalığın dərəcəsinə baxın ki, keçmiş nazir öz qaynı Ağalar Xasayevi DSMF-nin 3 ən ən prestijli idarəsindən birinin - Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi təyin edib.

Fondun digər gəlirli sahəsinə - Hüquqi Hüquqi Şəxslərlə İş idarəsin rəisi vəzifəsinə isə kirvəsi Şiraslan Əsədovu təyin edib.

Burada qeyd edim ki, Şiraslan Əsədov həm də keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır. Hazırda Şiraslan Əsədovun da pensiya yaşı çatıb, səhv etmirəmsə, indi o, 64 yaşının içindədir. Yəni yeni nazir onu həm də buna görə rahatlıqla pensiyaya göndərə biləcək”.

Məlumatlı şəxs deyir ki, keçmiş nazir kadr seçimində qohumluq prinsipinə o qədər üstünlük verib ki, o, hətta bacısının həyat yolaşdına da yüksək vəzifə verməkdən çəkinməyib: "İş o yerə çatmışdı ki, Səlim Müslümov tək dayısının, bacısının, qardaşının və digər qohumlarının qohumlarına da sanki ailə şirkləti imiş kimi ƏƏSMN-də vəzifə paylayıb. Baxın, o, təkcə dayısının kürəkəni Fuad Əlizadəyə deyil, həm də öz kürəkəninə də yüksək vəzifə verib. Belə ki, bacısının həyat yoldaşı Əsgər Əsgərovu da nazirliyin Nəsimi rayon şöbəsinin müdiri gətirib. Ümumiyyətlə, bu sistemdə gəlin, qudalar, qardaş faktorlarına əsaslanmış xoşagəlməz təyinatlar da kifayət qədərdir.

Səlim Müslümov Əjdər Cəbiyevlə

Onu da qeyd edim ki, sabiq nazirin belə hərəkəti işçilərinə də sirayət etmişdi. Məsələn, Əjdər Cəbiyev də vəzifə səlahiyyətindən istifadə edərək, öz doğma qardaşı Şahalını da DSMF-nin Suraxanı şöbəsinin müdiri təyin edib. Korrupsiya haqqında qanuna zidd olan belə rüsvayçı hallar çoxdur.

Hətta Səlim Müslümovun "narxoz”dan birgə işlədiyi xeyli keçmiş iş yoldaşlarına da vəzifə verməsi haqda faktlar var. Yəqin ki, bütün bunları müvafiq qurumlar, həmçinin, yeni nazirin özü diqqətlə araşdıracaq”.

Məlumatda o da bildiirlir ki, yeni nazir Sahil Babayev artıq yavaş-yavaş komandasını formalaşdırmağa da başlayıb:


"Bildiyim qədər ilə o, vaxtı ilə işlədiyi nazirlikdən bir neçə şəxsi ƏƏSMN-ə dəvət edib. Hələlik işdən çıxarılanların çoxunun yerinə təyinat aparılmayıb. Onların səlahiyyətləri başqalarına müvəqqəti həvalə olunubdur. Güman olunur ki, çox yaxın günlərdə bu istiqamətdə də addımlar atılacaq. Eyni zamanda, Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin, Əmək siyasəti şöbəsinin müdiri, aparat rəhbəri və müavininin yerinə də təyinat olacaq. Bundan başqa, kifayət qədər ciddi səbəblərə görə vəzifəsindən Səlim Müslümovun qohumlarından daha tez yola salınan mətbuat katibi Elman Babayevin yerinə də bu həftə təyinat aparılacağı gözlənilir. Nazirliyin mətbuat katibi postuna hazırda bir neçə nəfərin namizədliyi müzakirə olunur. Yəqin ki, qısa müddətdə bunlardan biri seçiləcək”.

Məlumata görə, bütün bunlarla yanaşı, nazirlikdə yoxlama aparılması da gündəmə gəlib: "Siz yəqin Hesablama Palatasının mətbuatda yayılan 2017-ci il üzrə hesabatını oxudunuz. Palatanın bunu niyə məhz indi yayması çox maraqlı olması başqa bir mövzudur. Lakin həmin vaxt aparılan və sizi əmin edirəm ki, bəli səbəblərdən çox da dərtindən aparılmayan həmin yoxlama materialından görünür ki, burada hətta ölü adamların adına pensiya yazılıb. Ona görə də ƏƏSMN və onun strukturlarında yeni yoxlama aparıb, dövlətin pulunu bu şəkildə talan edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi qaçılmaz səviyyəyə gəlib çatıb. İnanın, siz işdən azad olunanlarla, qapı ağızında olanların ailələrinin adına aldıqları daşınar və daşınmaz əmlakların siyahısını araşdırıb cəmiyyətə təqdim etsəniz, böyük sensasiya olacaq.


O zaman xalq görəcək ki, əlilin, şikəstin, təqaüdçünün pulunu kimlər necə oğurlayıb.

Mümkündür ki, Səlim Müslümov başda olmaqla, qohum-əqraban ibarət komandası istintaqa cəlb oluna bilər. Əlbəttə, bununçün siyasi qərar verilməlidir.

Hesab edirəm ki, gec-tez kükrəyən ictimai rəy bunu gündəmə gətirəcək”.

BAKU.WS