SİZİN REKLAM BURADA!
055 213 76 73



Kolumbiyada sərnişin təyyarəsində maraqlı anlar yaşanıb.

BAKU.WS
"Haberler"ə istinadən xəbər verir ki, iş adamı sevgilisilə birlikdə tətilə getmək üçün təyyarəyə minib. Səfərə yola düşməzdən əvvəl kişinin həyat yoldaşı gəlib və ərini başqa qadınla birlikdə tutub.

İstirahətə gedən əri və ərinin sevgilisini hava limanında yaxalayan hirsli qadın dava salıb. O, ərinin məşuqəsini saçından tutaraq sürükləyib.

"Bəs deyirdin ki, məni tətilə aparacaqsan? İndi bu fahişə ilə tətilə gedirsən", - deyə qadın bildirib.

Qadın həmçinin ona maneə olmağa çalışan ərinə “Həbsə girmək istəyirsənsə məni döy” deyə qışqırıb.

Baş verən hadisələr təyyarədə olan digər sərnişinlər tərəfindən mobil telefonla çəkilib. Sonradan həmin görüntülər sosial şəbəkələr vasitəsilə yayılıb. Görüntülər böyük müzakirələrə səbəb olub.

Cavid Babayev
BAKU.WS