SİZİN REKLAM BURADA!
055 213 76 73



İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının bugünkü iclasında Cəmil Quliyevin İTV-nin baş direktoru vəzifəsində səlahiyyətlərinə xitam verilib. Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

BAKU.WS
-in məlumatına görə, Balakişi Ələkbər oğlu Qasımov 20 oktyabr 1978-ci ildə doğulub.

Balaş Qasımov kimi tanınan Balakişi Qasımov Azərbaycanda "Kim? Harada? Nə vaxt?" elitar klubunun oyunçusu, aparıcısı və eyni zamanda baş prodüsseridir.

Bakı şəhər 1 saylı orta məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.

2004-cü ildən klub oyunlarının iştirakçısıdır. 2004-cü ildə "Kim? Harda? Nə vaxt?" oyununun idman variantı üzrə dünya çempionu olub. Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu olub. "Kim? Harda? Nə vaxt?" üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə Azərbaycan çempionu, 2002-ci ildə Breyn-rinq üzrə Azərbaycan Çempionu olub.

Anar Əzimovun komandasında 1998, 2003 və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olmağı bacarıb.

Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosasiyası təfərinfən 2010-cu ildə ilin adamı seçilib.

2010-cu ilin yekunlarına əsasən "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb.

Gametv.az prodüser mərkəzinin rəhbərdir. 

Zülfiyyə Qurbanova
BAKU.WS