BAKU.WS günün - 11.05.2018 tarixinin ulduz falını təqdim edir:

QOÇ - Bu gün yeni tanışlıqlar və ya qısamüddətli romantik macəra ehtimal böyükdür. Uıduzlar bu gün şəxsi həyatınızda irəliləyiş yaratmaq üçün bütün imkanlardan istifadə etmənizi məsləhət görür.

BUĞA - Hazır olun, həyat yolunda dönüş gözlənilir. Dostlarla səs-küylü məclis, əyləncəli səyahət və ya piknik - sizə bu gün bunlar lazımdır. Əylənin, günü boşa verməyin.

ƏKİZLƏR - Gün xeyirxahlıq, bağışlama və təmizlənmə vəd edir. Optimistliyiniz artacaq, çevrənizi genişləndirin. Yaradıcı və elmi işlər üçün əlverişli zamandır.

XƏRÇƏNG - Gün xoş və xoş olmayan gözlənilməz sürpriz və xəbərlərlə zəngin olacaq. Ən yaxşısı əvvəldən bunlara hazır olun. Özünüzə istirahət verin. Çəkinmədən öz hesabınıza məzuniyyət götürün. Hər kəsə yorulduğunuzu deyin, qoy sizi narahat etməsinlər.

ŞİR - İstənilən iş üçün uğurlu gündür. Həyat potensialınız artacaq, lakin emosional həssaslığınız anlaşılmazlıq yarada bilər. Bütün problemləri bir anda həll etməyə çalışmayın. Həyat sizin qədər gözəldir, kefinizi pozmayın.

QIZ - Ulduzlar sizin xeyrinizə çalışır. İşgüzar və ya şəxsi həyatda əl atdığınız bütün işlərdə şansınız gətirəcək. Sevgilinizlə münasibətləri düzəltmək üçün əlinizə şans düşüb. Hərəkət edin.

TƏRƏZİ - Enerjiniz həmişəkindən yüksəkdir. Bu səbəbdən uğur hər sahədə yol yoldaşınız olacaq. Yeni və köhnə işlərdə istədiyiniz nəticəni əldə edəcəksiz. Təəbiətin qoynunda dincəlin, belə etsəniz əsəb sisteminizi qorumuş olacaqsız.

ƏQRƏB - Uğurlu gündür. Əvvəl alınmayan işlərdə belə uğur qazanacaqsız. Bu gün münasibətlərdə mehribanlığınız və işgüzar aktivliyiniz gələcək işlərinizdə də köməyiniz olacaq.

OXATAN - Çox şanslı gündür. Bütün işlərdə uğur sizinlə yanaşı addımlayacaq. Günün uğurlu olmasından maksimum iistifadə edin. Gələcəklə bağlı planlar da qura bilərsiz.

OĞLAQ - Əlverişli gündür. Kollektiv işlər üçün yaxşı vaxtdır. Maliyyə vəziyyətiniz yaxşılaşacaq. Uduş və ya köhnə borcların qaytarılması ehtimal edilib. Ulduzların bugünkü düzülüşü sizin xeyrinizədir. Ürəkli olun!

DOLÇA - Bu gün maddi vəziyyətinizi yaxşılaşdıra bilərsiz. Kommersiya səfərləri uğur gətirəcək. Ailə münasibətlərində də irəliləyiş olacaq. Axşam dincəlin, enerjinizin tükənməsinə imkan verməyin.

BALIQLAR - Xırda problemlər yaranacaq. Planlarınızdan imtina edib, yaxınlarınızın problemləri ilə məşğul olmaq məcburiyyətində qalacaqsız. Mərhəmət və borc hissi bu gün ön plana çıxacaq.

BAKU.WS