SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rus milyarderin nəvəsi yenə qalmaqala səbəb olacaq video çəkib.

BAKU.WS məlumat verir ki, Rusiyada tikinti sektoru oliqarxlarından olan milyarder İqor Nekladkonun 16 yaşlı nəvəsi Qrişa qalmaqala səbəb olub. Gənc oğlan həmişəkindən fərqli olaraq bu dəfə pulla insanlara istədiklərini etdirməyib. Qrişa özünü bir gecə klubunun mühafizəçisi kimi təqdim edərək kluba daxil olmaq istəyənlərə mane olmağa çalışıb. 
 
Moskva sakinlərini gecə klubuna daxil olmağa icazə verməyən Qrişa insanların dostluq münasibətlərini sınaqdan keçirib. Qızların keçə biləcəyini, oğlanların isə kluba daxil olmasının mümkünsüz olduğunu deyən Qrişa bir neçə gənci özündən çıxarıb. Bəziləri Qrişanın bu dost imtahınından keçsədə, öz yaxınını yolun ortasında qoyanlar da olub.

Rusiyada böyük marağa səbəb olan görüntü Youtube-də iki gündə 600 min dəfə izlənilib.
 
BAKU.WS həmin videonu sizə təqdim edir:
 
ŞAHİN Həbibov
BAKU.WS