SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS Azərbaycanda fəaliyyət göstərən restoranlar haqda hazırladığı silsiləvi yazılara daha birini əlavə edir.

Bu dəfə sizi ailə üzvləriniz və dostlarınızla xoş gün keçirə biləcəyiniz Bakının növbəti möhtəşəm məkanına - "Green Garden 145"-ə qısa virtual səyahətə dəvət edirik. "Green Garden 145" Bakının ən gözəl guşələrindən biri olan Bakı Əyləncə Mərkəzində yerləşir. 


"Green Garden 145"də daha bir yenilik olub. Cam şüşə ilə əhatə olunmuş "Green Garden Terrace" əsrarəngiz gözəlliyi ilə tam fərqli məkana çevrilib. 24 saat fəaliyyət göstərən məkana istirahət üçün gələn müştərilər geniş parkinq xidmətində də yararlana biləcək. Ləziz təamlar, qəlyan, çay və sərinləşdirici kokteyillər sizin ağız dadınızı dəyişəcək.


Bu gözəl məkanda istirahət sizin də haqqınızdır! İlin istənilən fəslində xüsusən də gözəl yaz havasında dostlarınızla yığışıb, ürəyiniz istəyən kimi dincəlmək üçün "Green Garden 145" əla seçimdir. Buranın yaşıl qış bağının təravəti, samovar çayının ləzzəti, rahat məkan-bir sözlə istirahət üçün nə lazımdırsa sizi "Green Garden 145"də gözləyir.


Burada həmçinin dəniz məhsulları sevənlərin də zövqünü, ağız dadını oxşayan yeməklər təklif edilir. "Green Garden 145" ən gözəl qəlyanaltıların, ləziz yeməklərin dadından həzz alacağınız bir məkandır. 9 növ pizzanın ağız dadınıza uyğun olanını seçib burada dada bilərsiniz. Milli və Avropa mətbəxinin ləziz yeməkləri ilə məşhur olan bu məkanda növbənöv kababları da dada bilərsiniz. Öz qəlyanı ilə məşhur olan "Green Garden 145" yeni kokteyl menyusu ilə xidmətinizdədir.
 
Ünvan:  B.Ə.M-in yanı, F.Bayramov 1130/33
Tel: +994514000145