İnsanlar yaşlaşan zaman onun səhhətində müəyyən problemlər yaranır. Kişilərdə ən vacib orqan olan prostat vəzisi də vaxt keçdikcə funksiyasını və formasını dəyişir. Yəni prostat vəziləri normadan artıq böyüyür və genişlənir . Böyümüş prostat vəzisi sidik kanalını tutur, bu da sidik ifrazına mane olur.


Buna görə də kişilər gecələr tez-tez durub sidiyə gedirlər, çünki sidik ifrazı tam yerinə yetirilmir. Sidik kəsik-kəsik ifraz olunduğu üçün tez-tez ifraz etməli olurlar. Prostat vəzinin adenoması əsasən 45-50 yaşdan yuxarı olan kişilərdə rast gəlinir.

Əvvəllər bu problemlərin həlli çox çətin, hətta mümükünsüz id. Lakin son dövrdə dünyada belə problemlər bir göz qırpımında həll edilir. Artıq Azərbaycanda da bu tipli problemlərin aradan qaldırılması asanlaşdı. Bakıda yeni açılan Real Hospitalda müasir tipli tibbi avadanlıqların gətirilməsi və təcrübəli həkimlərin köməkliyi ilə kişilərinbu tipli problemlərinə son qoyulur.

 

 

Doktor Seymur Mehtiyev BAKU.WS-ə bildirib ki, prostat vəzinin adenoması əsasən hormonal dəyişikliklərlə bağlıdır. Qadınlarda olduğu kimi kişilərdə də hormonal dəyişikliklər baş verir. Bunun nəticəsi olaraq prostat vəzisi böyüməyə başlayır.


Normalda prostat vəzisinin çəkisi 20-25 qr. olmalıdır. Ancaq 30 qr-dan 250 qr-dək və daha çox böyüyə bilir. Bununla bağlı ən çox daxil olan şikayətlərdən biri də odur ki, sidiyə getdikdə sidik kisəsi tam boşalmır, buna görə tez-tez sidiyə getməli olurlar. Hətta bir çoxunda ümumiyyətlə sidik ifrazı ləngiməsi olunur, bu zaman sidik kisəsi şişir. 

 


"Belə olan halda xəstə dərhal xəstəxanaya yatırılmalıdır. Əks təqdirdə böyük fəsadları ola bilər. Xəstəxanaya gətirilən xəstəyə dərhal kateter qoyulur. Kateter vasitəsi ilə sidik kisəsində yığılıb qalmış sidik ifraz olunur. Bütün bunların olmaması üçün xəstələr vaxtına həkimə müraciət etməlidirlər. Prostat vəzinin adenomasının yaranmasının qarşısını necə almaq olar? Bunun üçün azacıq narahatlıq hiss etdikdə dərhal həkimə müraciət etmək lazımdır. Vaxtaşırı müayinədən keçdikdə bunun qarşısını almaq mümkündür”, - deyə Seymur Mehtiyev bildirib.

Bu müayinələrə daxildir: prostat vəzinin ultrason müayinəsi, yəni uzi müayinəsi - vəzin həcminə və strukturuna baxılır. İkinci müayinə prostat spesifik antiqen (PSA) adlanır. Prostat vəzidə olan dəyişiklikləri qanda göstərən bir analizdir. Bu böyümənin mənşəyini göstərir. Xoşxassəlidirmi, yoxsa bədxassəlidirmi. Üçüncü müayinə isə sidik analizidir. Bu müayinələrin vasitəsi ilə prostat vəzidə olan problemləri vaxtında müəyyən edib, müalicə etmək mümkündür.

Qeyd edək ki, prostat vəzinin böyüməsi bəd və xoşxassəli ola bilir. Adenoma əsasən xoş xassəli olur. Ancaq bədxassəli də ola bilər. Qan analizi verdikdə böyümənin bəd ya xoşxassəli olduğunu müəyyən etmək mümkündür. Analizin cavabında PSA 0-la 4 arasıdırsa xoş, 4-dən yuxarıdırsa bədxassəliliyə şübhəli hesab olunur. 

 

 

"Klinikamızda prostat vəzinin adenoması qapalı şəkildə əməliyyat olunur. Bu əməliyyat plazma kinetik tur əməliyyatı adlanır. Hazırda dünyada ən müasir üsul, plazmokinetik ilə TUR əməliyyatıdır. Plazmokinetik yeni bir avadanlıqdır. Artıq Bakıda da bu avadanlıqdan bir neçə klinikada var. Bizdə isə Avropada istehsal olunan ən sod model olan plazmokinetik tur aparatıdır. Bu avadanlıqla artıq demək olar ki, 6 əməliyyat həyata keçirmişik”, - deyə Seymur Mehtiyev vurğulayıb. 

 

 

Qeyd edək ki, prostat vəzinin adenoması xoşxassəli olduqda isə xüsusi dərman preparatları ilə müalicə edilir. Seymur həkim deyir ki, kişilərdə sonsuzluğa səbəb olan varikosele- damar genişlənməsinin əməliyyatını da həyata keçirirlər: "Varikosele-damar genişlənməsi mikrocərrahiyyə üsulu əməliyyat olunur. Əməliyyat əsasən 20 dəqiqə ərzində həyata keçirilir. İki saatdan sonra xəstə evə buraxılır. Həmçinin cinsiyyət orqanlarındakı əyriliklərə də tez-tez rast gəlinir. Bu anadangəlmə də ola bilər, sonradan qazanılmış da. Onların düzəldilməsi də uroloji avadanlıqlarla əməliyyat edilir. Real hospitalın Urologiya şöbəsi Bakıda olan ən müasir uroloji şöbələrdən biridir. Bizdə olan uroloji avadanlıqlar ən son alınmış avadanlıqlardır-2015-ci ildə alınaraq klinakamıza gətirilib. Klinikamızda heç yerdə olmayan ən son model plazmokinetik TUR aparatı ,lazer, ultrason pnevmatik daşqırma , lazer daşqırma aparatı və müasir mikroskopumuz var”.

 

Uroloq, Androloq Seymur Mehtiyev - Azərbaycan Tibb Universiteti Müalicə fakultəsini bitirib. Təhsilini Türkiyədə davam etdirib. Türkiyədə İstanbul Universitetinin Urologiya, Andrologiya şöbəsində əsasən Endourologiya və androloji cərahiyyə sahəsi üzrə təhsil alıb. Hazırda Real Hospitalın Baş həkimi, eyni zamanda Uroloq-Androloqu olaraq fəaliyyətini davam etdirir. 

 

 

Ünvan: Real Hospital. Elmlər akademiyası, Zahid Xəlilov küçəsi 99. Telefonlar: 012 555 44 30, 055 244 44 30
 
Ziya Səccad
BAKU.WS