VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 


Qarabağda yerləşən Şuşa həbsxanasının görüntüləri yayılıb.

 

 

BAKU.WS-in məlumatına görə, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanıldığı Şuşa zindanının görüntüləri erməni blogger Albert Loskanyan tərəfindən çəkilib.


Videodan da görünür ki, həbsxanada məhbuslar üçün konsert verirlər. Məhbusların üzləri isə göstərilmir. 

 

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib.


Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə "hökm” çıxarıb.


Ziya Səccad

BAKU.WS