SİZİN REKLAM BURADA!
055 213 76 73



Son illərdə yaddaşsızlıq problemi yaşlılarla birlikdə gənclərin də kabusuna çevrilib. Gün ərzində “Görəsən telefonumu hara qoymuşam?”, “Pulu hara xərcləmişəm?”, “Dünən yediyim yemək yadımdan çıxır” sözlərini dəfələrlə eşidir və təkrarlayırıq. Görəsən yaddaşsızlığa səbəb nədir?  

BAKU.WS-ə açıqlama verən psixoloq Elnur Rüstəmov qeyd edib ki, yaddaşsızlıq hiss edilən zaman mütləq həmin şəxs yoxlanılmalı və əsas səbəbi bilinməlidir.

“Ümumiyyətlə, bu səbəblə müraciət edən şəxslərdə yaddaşsızlıq özünü stresə bağlı olmaqda, diqqətin yayqın olmaq səbəbindən və ya hansısa travmatik olayın baş verməsindən sonra göstərir. Bəzən diqqət o qədər yayqın olur və ya beyin o qədər yorulur ki, beyin o məlumatları qəbul edə bilmir. Və bu özünü yaddaşsızlıq fonunda biruzə verir. Məsələn, mən mətbəxə gedirəm ancaq nə üçün getdiyim yadımdan çıxır. Bu proses getdiyim müddətdə baş verir və istədiyim unudulur. Və yaxud abituriyent və ya yeniyetmələrdən tez-tez “dərs oxuyuram yadımda qalmır” cümlələrini eşidirik. Burada yaddaşsızlığa əsas səbəb diqqətin yayqınlığı olur".

Psixoloq həmçinin qeyd edib ki, hətta həkim-mütəxəssislər tərəfindən dərman təyin olunsa belə psixoloji dəstək mütləq vacibdir.
“Buna səbəb dərmanların simptomu tamamilə aradan götürməməsidir. Yaddaşsızlıq psixologiyada xroniki yorğunluq sindromuna daxildir. Və bunu hiss etdiyiniz zaman mütləq nevropatoloq və psixoloqa birlikdə müraciət etmək lazımdır”.

Hicranə İsmayılova
BAKU.WS