Etibarlı, lakin təsdiq olunmamış mənbədən əldə etdiyimiz məlumata görə məşhur Hollivud aktyoru Bryus Uillis Azərbaycan bazarında tanınan, eləcə də geniş istelak olunan bir məhsulun siması olub və reklam çarxında çəkilib.

BAKU.WS xəbər verir ki, çəkilişləri Amerikada baş tutan reklam qısa zamanda təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində qlobal konsepsiya ilə yayımlanacaq. 

Qeyd edək ki, Hollivud aktyorlarının hansısa bir məhsulun reklamında çəkilməsi kifayət qədər çətin əməkdaşlıq olduğu üçün çox az sayda şirkət belə bir uğura nail ola bilir. Bryus Uillisin məhz hansı marka ilə əməkdaşlıq etdiyini bilmədiyimiz üçün sadəcə necə bir məhsul olduğunu təxmin etmək qalır. 

BAKU.WS