SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalqımız hər il olduğu kimi, bu il də Novruz bayramını böyük təntənə ilə qeyd etməyə hazırlaşır.


BAKU.WS xəbər verir ki, bayrama bir gün qalmış, Dənizkənarı Milli Parkda keçiriləcək Novruz yenə rəngli görüntülərlə hər kəsə xoş ovqat bəxş etdi.

Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi ənənəvi bayram tədbiri də çal-çağırlı, bölgələrimizin bar-bərəkətli Novruz sovqatı, el sənətkarlığı nümunələri, zəngin milli mətbəximizin təqdimatı ilə yadda qaldı.

Keçirilən Novruz tədbirləri isə paytaxt sakinləri ilə yanaşı, ölkəmizə təşrif buyuran turistlərin böyük marağına səbəb olub.

Şəhərimizdə keçirilən Novruz şənlikləri və yarmakalarında yadda qalan ən maraqlı anları BAKU.WS lentə alıb sizə təqdim edir:

Rəşad Əliyev
BAKU.WS