ABŞ prezidenti Donald Trampın oğlu, kiçik Tramp boşanır.

BAKU.WS qərb mediasına istinadən xəbər verir ki, 40 yaşlı Vanessa Tramp Manhettendəki məhkəməyə müraciət edib. Tərəflərin boşanma barədə razılığa gəldiyi bildirilir.

Cütlük arasında problemlər çoxdan başlayıb. Onlar ata Donald Trampın ABŞ prezidenti postunda qalacağı müddətdə boşanmamaq qərarına gəlmişdilər. Lakin son vaxtlar münasibətlər hədsiz dərəcədə gərginləşib.

Qeyd edək ki, kiçik Tramp və Vanessa Heydon 2005-ci ilin noyabrında ailə həyatı qurublar. Onların 5 uşağı var.

İman

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ