SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış reper Hüseyn Dəryanın oğlu Cahangir sosial şəbəkədə mərhum atası ilə bağlı paylaşım edib. 

BAKU.WS-in məlumatına görə, mərhum reperin oğlu atası və anası ilə birgə şəkillərindən ibarət videonu paylaşıb.

Cahangir videonun altında 4 il əvvəl atasının dünyasını dəyişdiyi günü qeyd edib.

Qeyd edək ki, 14 mart 2014-cü il tarixində, gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Reper Hüseyn Dəryanın idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı maşına çırpılıb.

Nəticədə ağır xəsarətlər alan H. Dərya 15 mart 2014 -cü il tarixində səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. 16 mart 2014-cü ildə böyük izdihamla Bakıxanov məzarlığında dəfn olunub.

Abbas
BAKU.WS