SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Parisdəki terror hücumundan sonra ölkədə yaşayan bütün müsəlmanları təqib edirik".

BAKU.WS-in məlumatına görə, bunu Slovakiyanın baş naziri Robert Fiko "TA 3" kanalına açıqlamasında söyləyib. O bildirib ki, Slovakiya Respublikasının ərazisində yaşayan bütün müsəlmanlar nəzarətdə saxlanılır.
 
Robert Fikonun sözlərinə görə, təqib edilən müsəlmanların əksəriyyəti ölkədə qanuni olaraq yaşayır. Baş nazirin bu açıqlamasından sonra Slovakiya İslam Vəqfi məsələyə sərt reaksiya göstərib. Qurumdan bildirilib ki, Fikonun insanları dini inancları səbəbindən təhlükəli olaraq xarakterizə etməsi yolverilməzdir:
 
"Robert Fiko açıq-aşkar Slovakyanın demokratik və azad bir ölkə olduğu əfsanəsini darmadağın etdi".
 
Şahin Həbibov
BAKU.WS