SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Facebook sosial şəbəkəsində azərbaycanlı istifadəçilərə qəribə virus göndərilir.


BAKU.WS
-in məlumatına görə, virus Word fayl, foto formasında olur. Virusun başlığında "Eldar Mahmudov – həbs sənədi” yazılır. Həmin qovluğa girən şəxsin profili avtomatik olaraq haker tərəfindən mənimsənilir. Hakerlər profili avtomatik olaraq ələ keçirir. Oradakı vacib informasiyalar oğurlanır. Şəxsi fotolar götürülür. Bundan başqa, sizin adınızdan dostlarınıza eyni virus göndərilir.

Viruslar müxtəlif şəxslərin profillərindən göndərilir. İnandırıcı olsun deyə, məlumatların əvvəlində sizin adınızı da yaza bilərlər.


BAKU.WS xəbərdarlıq edir ki, həmin virusları görən zaman açmayın. Virus göndərilən şəxsi dostluğunuzdan silin və bu barədə dostlarınıza də məlumat verin.

Ziya Səccad
BAKU.WS