SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Səhər bəzi yerlərdə duman olacaq. Axşam ayrı-ayrı yerlərdə yağış yağacağı ehtimalı var.

Ziya Səccad

BAKU.WS