SİZİN REKLAM BURADA!
055 213 76 73



Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın:

Qoç:
Səhər saatlarında müəyyən problemlərdən keçəcəksiniz. Təmkininizi qorumaqla bu gərginliyi minimal itki ilə başa vura bilərsiniz. Günün qalan vaxtı müsbət çalarlı olacaq.

Buğa:
Təxminən saat 15-ə qədər nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Hansısa problemin yaranacağını düşünməyin. Sonrakı müddətdə isə diqqətli olmalısınız.

Əkizlər:
Astronomik quruluşun o qədər də qənaətbəxş olmaması köhnə münaqişələri təzələməyinizin qorxulu olacağını göstərir. Bu səbəbdən bütün gücünüzlə neytrallığınızı qorumalısınız.

Xərçəng:
Düşərli bir gün yaşayacaqsınız. Ailə üzvlərinizlə, gündəlik ünsiyyətdə olduğunuz insanlarla mülayim davranın ki, bu hal davamlı olsun. Şəxsi büdcənizi bərk-bərk qoruyun.

Şir:
Ötən günlərin gərginliyindən əsər-əlamət qalmayacaq. Üstəlik, gələcək həyatınızda önəmli rol oynaya biləcək şəxslərlə rastlaşmaq ehtimalınız da var. Müqəddəs məkanlara mütləq baş çəkin.

Qız:
Ağlınız kəsməyən və ya keçmişi qaranlıq olan istənilən şəxslə işbirliyi qurmaqdan çəkinin, ağır fəsadları ola bilər. Əgər planınızda olsa, uzaq səfərə çıxın ki, daxili rahatlığınız bərpa olunsun.

Tərəzi:
Boş dayanmağa lüzum yoxdur. Hər fürsətdən yararlanın: istirahət və əyləncələri arxa plana salın. Ola bilsin ki, axşama doğru sevincinizi artıran fəaliyyət sürprizləri yaşayasınız.

Əqrəb:
Maraqlı insanlarla rastlaşacağınızdan xəbər verən Göy qübbəsi bu təqvimdən razı qalacağınızı bəyan edir. Əgər daxili orqanlarınızı qoruya bilsəniz, hər hansı fəsad olmayacaq.

Oxatan:
Qarşınızda unikal bir tarix dayanıb. Demək olar ki, bütün proseslərdən mənfəət götürəcəksiniz, əlbəttə əgər bütün planlarınız ədalət prinsiplərinə söykənərsə. Dilinizi duasız etməyin.

Oğlaq:
İmkan daxilində çalışın ki, təşəbbüskarlıq başqalarında olsun. Çünki bu gün istənilən riskiniz iflasa uğraya bilər. Daxili gücünüzü ənənəvi vəzifələrinizin icrasına yönəldin.

Dolça:
Ümumi gedişat maraqlı bir təqvim yaşayacağınızı bəyan edir. Hər şeyə yenidən başlayın. Əgər üç dəfədən çox cəhd etdiyiniz işlər boşa çıxırsa, onlardan imtina edin. Səfərə çıxa bilərsiniz.

Balıqlar:
Kosmik fon uğursuz olduğu üçün bir çox məsələlərə ehtiyatla yanaşmalısınız. Maliyyə sahəsində isə bütün növ planlarınızı dondurmağınız məsləhətdir. Yalandan keçən işlərdən yayının.

Rəşad Əliyev
BAKU.WS