Bakı Rusiyaya Avropa Oyunlarının keçirilməsi təklifi ilə çıxış edib, ancaq Moskva bu təklifə rədd cavabı verib.


BAKU.WS
-in məlumatına görə, bunu Rusiya idman naziri Vitali Mutko bildirib.


Qeyd edək ki, ilk Avropa Oyunları bu ilin yayında Bakıda keçirilmişdi. II Oyunların harada keçiriləcəyi dəqiq bilinmir. İlk əvvəl Niderland II Avropa Oyunlarının keçirilməsinə iddia etsə də sonradan fikrindən daşınmışdı.


"Bakı bizdən II Avropa Oyunlarının keçirilməsini xahiş edib. Çünki başqa heç kim bu yarışı keçirmək istəmir. Ancaq biz də imtina etdik”, - deyə Mutko bildirib.


Ziya Səccad

BAKU.WS