VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın:

Qoç:
Yoxsul insanlara əl açıb, onlara köməklik edin. Savablarınızı artırmağa, hamı ilə mehriban davranmağa çalışın. Hakim Allahdır - məhz bunu anlamağa çalışın.

Buğa:

Ulduzlar boş oturmağa deyil, vacib işlərlərinizi yoluna qoymağı məsləhət görür. Ən azı ona görə ki, bu təqvimin şanslarını görüb aktivliyinizi birə-beş artırmalısınız. Nahardan sonra müqəddəs yerləri ziyarət edin. 

Əkizlər:
Yeni görüş və məsləhətləşmələrdə iştirakınız gözlənilir. Qarşınızı kəsən maneələr yavaş-yavaş səngiməyə başlayacaq. Təcrübəli adamlardan yararlanın. Maliyyə vəziyyətiniz yaxşılaşacaq. Bəxtinizdə pul da var.

Xərçəng:
Ümumi götürdükdə uğurlu təqvim hesab etmək olar. Əvvəla, əksər bürclərlə müqayisədə büdcə artımı yalnız sizdə gözlənilir. Bundan başqa yeni təkliflər alacağınız da mümkündür. 

Şir:
Qərarlarınızda qəti və ədalətli olsanız, heç bir xoşagəlməzliyin şahidi olmayacaqsınız. Çalışın ki, bahalı əşyaların, o cümlədən daşınmaz əmlakın alqı-satqısında iştirak etməyəsiniz.

Qız:
Şəxsi büdcənizdə, eləcə də qarşılıqlı münasibətlər zəminində müsbət dönüş yaratmaq üçün kifayət qədər şanslarınız var. Atacağınız hər bir addımı 100 dəfə ölçün 1 dəfə biçin.

Tərəzi:
İşlərinizin çoxluğu fiziki cəhətdən yorğunluğunuza səbəb ola bilər. Lakin nəticənin uğurluluğunu nəzərə alıb usanmayın. Etibar etmədiyiniz adamların məsləhətlərinə əhəmiyyət verməyin. 

Əqrəb:
Kifayət qədər düşərli vaxtdır. Ulduzlar gün ərzində nəzərdə tutduğunuz planların reallaşmasına təkan verəcək. Sadəcə, şəraitə uyğun addım atmalısınız. Bəxtinizə güvənin, inanın. 

Oxatan:
Təxminən saat 15-ə qədər bütün mühüm işlərinizi təxirə salın. Əks təqdirdə uğursuz cəhdlər silsiləsinə mübtəla olacaqsınız. Sonrakı müddətdə isə maraqlı hadisə və insanlarla rastlaşacaqsınız.

Oğlaq:
Yeni əlaqələr üçün yaxşı vaxtdır. Sadəcə, qarşı tərəfə güzəştə getməyiniz vacibdir. Nahardan sonra fəaliyyət istiqamətində sevindirici olaylar da gözlənilir. Reallığı nəzərə alın.

Dolça:
Uzaq yola çıxmaq üçün gözəl vaxtdır. Hətta maddi durumunuz aşağı səviyyədə olsa da səfərdən imtina etməyin. Son vaxtlar sizə vəd verib reallaşdıra bilməyənlərə düşmən kimi baxmayın. İşlərinizi yoluna qoymağa çalışın.

Balıqlar:
Ümumən darıxdırıcı təqvim olsa da, hisslərinizi cilovlamağı bacarmalısınız. Çünki qarşıda sizi böyük işlər gözləyir. Nahardan sonrakı zamanı bütünlüklə məhəbbətə həsr edin.

Rəşad Əliyev
BAKU.WS