VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yeni Zelandiyanın Taupo şəhərinin mərkəzində “Cafe Baku” adlı kafe açılıb.

BAKU.WS-in məlumatına görə, bu barədə məlumatı səyyah Baba Ağayev sosial şəbəkədəki hesabında paylaşıb.

B. Ağayev qeyd edib ki, kafenin sahibi zelandiyalıdır, o, Formula-1 yarışlarının həvəskarıdır:

“Həmin sahibkar 2016-cı ildə Bakıda ilk dəfə keçirilən Formula-1-ə gəlib. Həm yarışı, həm təşkilatçılığı, həm də Bakını o qədər bəyənib ki, 5-6 ay sonra açdığı kafenin adını məhz “Cafe Baku” qoyub”.

İman
BAKU.WS