VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyəli din adamı Adnan Oktarın "kedicik"ləri bundan sonra efirə çıxmayacaq.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Adnan Oktarın özü açıqlayıb.

Son günlər "kedicik" kimi tanınan qadınların geyimi Türkiyənin Ali Radio və Televiziya Qurumunda və xalq arasında müzakirələrə səbəb olmuşdu.

"Xanım dostlarımızda dekolte olmasın dedilər. Həmin xanımlar artıq proqrama çıxmır. Mən də kökündən çözdüm" - deyə, Adnan Oktar deyib

Jurnalist Nevşin Mengünün "Siz şeyxsinizmi?" sualına isə o, "mən belə şeyləri bilmirəm" deyə cavab verib.

Qeyd edək ki, "kedicik" kimi tanınan qadınlar Adnan Oktarın verilişlərində açıq-saçıq geyimdə iştirak edir, musiqi sədası altında rəqs edirdilər. Türkiyənin Ali Radio və Televiziya Qurumunun son hesabatında kanalda din və qadın istismarı olduğu barədə xəbər yayılmışdı.

BAKU.WS