SİZİN REKLAM BURADA!
055 213 76 73



Abu-Dabi, Dubay, Mayami və Nyu Yorkda yeni restoran açan türkiyəli İnstagram fenomeni Nüsrət “Çelsi” klubunun prezidenti Roman Abramoviçlə görüşüb.

BAKU.WS-in məlumatına görə, rusiyalı oliqarx türk aşbazın restoranına gəlib.

O, Nüsrətlə birgə şəkil çəkdirib. Türk aşbaz ona qarşı olunan xoşagəlməz ittihamları da cavab verib. Belə ki, iddia olunurdu ki, Nüsrət məşhur simaları restoranın reklamı üçün pul qarşılığında dəvət edir.

O, Abramoviçlə şəklini paylaşıb yazıb ki, “bu da mı PR?”

Aşbaz bildirib ki, 11.2 milyard sərvəti olan Abramoviçi pul qarşılığında restoranına dəvət etməyib.

İman
BAKU.
WS