SİZİN REKLAM BURADA!
055 213 76 73



Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın :

Qoç
Enerjiniz çoxdur, lakin ondan məhsuldar şəkildə yararlansaz, xeyr taparsız. Ətrafınızdakı insanlara qarşı sərt mövqedə olmayın. Belə olduqda davranış münasibətlərdə harmoniya bərqərar olacaq. Yumşaq olun, həssas davranın. Çətinlikləri dəf edərək daha pozitiv ola bilərsiniz. Yaxınlarınızın qəlbini yaralamayın. Ailə üzvləriniz sizdən açıqlama gözləyirlər. Maliyyə məsələlərində gəldikdə isə, 100 dəfə ölçün 1 dəfə biçin. Axşam saatlarında yaşam potensialınız yüksək olacaq. Aktiv istirahətə yollanın. 

Buğa
Yeni işə başlamaq, yaşamda nəyisə dəyişmək olar. Ambisioz planlar qurmaqdan çəkinməyin. Risk etsəz, uğur qazancaqsız. Yeni ideyalarınızı ortalığa qoysaz, reallaşması tez olacaq. Vaxt itirmək və ya nəyisə təxirə salmaq haqda heç düşünməyində. Şəxsi münasibətlər müstəvisində baş verən hadisələr sizi sevindirəcək. Hisslərinizi nizama salın, sevdiyiniz insanla ünsiyyətdə sərt olmayın. Mülayimlik göstərin. Tərslik etməyin, mürəkkəb situasiyada güzəştə gedin. Belədə uduzmazsınız. Axşam saatlarında əhvalınız pisləşə bilər.

Əkizlər
Səfər, səyahət və ya ezamiyyətdə olanları uğur gözləyir. İşgüzar ünsiyyət çevrənizi genişləndirin. Təmaslarda səmimilik, nikbinlik qarşı tərəfin rəğbətini qazanmaqda sizə yardım olacaq. Maliyyə problemlərini həll edərkən ayıq olun, aldanmayın. Şəxsi münasibətlər müstəvisində situasiya sakit deyil. Xoşagəlməz vəziyyət yarana bilər. Ehtiyyatlı olun. Münaqişə və ya qarşıdurma riski böyükdür. Daha fəal olun. Yaxınlarınıza yardım edin. Məhz bu gün sizdən kömək istəyən insanlara əl uzadın. Axşam saatlarında istirahət vaxt ayırın.

Xərçəng
İş üçün əla gündür. Peşəkar müstəvidə qarşınıza qoyduğunuz məqsədə çatacaq, tapşırıq və öhdəlikləri yerinə yetirəcəksiniz. Yeni məhsuldar əməkdaşlığa başlaya bilərsiniz. Kommersiya təklifləri alacaqsız. Gəlirləriniz arta bilər. Uzunmüddətli sərmayələrdə yanılmayın. Şəxsi həyatınızda köklü dəyişikliklər istəyi var. Amma qəti və sərt addımlar atmağa tələsməyin. Yaxın gələcəyinizi planlaşdırın, prioritetləri müəyyənləşdirin. Aldığınız hər bir təklifi dərindən analiz edin. Qərar verməyə tələsməyin.

Şir

Ətrafınızdakı insanlara təsir imkanlarınız artıb. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bu şansı əldən verməyin. Səbr və təmkinlə davransanız, ən cəsur planlarınızı reallaşdırmaq imkanı qazanacaqsız. Yarımçıq qoyduğunuz işi başa vurun. Şəxsi münasibətlər müstəvisində ciddi yeniliklər və dəyişikliklərə ümüd etməyin. Qohumlara və sevdiyiniz insana təzyiq göstərməkdən vazgeçin. Tələb edərkən, sərt danışarkən nəyəsə nail ola bilməyəcəksiniz. Güzəştə getsəniz, istədiyinizə nail olacaqsız. Üstəlik, sonra yarana biləcək mübahisənin qarşısını ala bilərsiniz.

Qız
İmkan və potensialınızı aşkarlamaq üçün münasib gündür. Səhər saatlarından etibarən fəal olun, aktiv çalışın. Əməyinizin məhsuldar olmasına can atın. Yaradıcılıq potensialınız yüksəkdir. Qeyri-standart yanaşma tələb edən işlərdə böyük nailiyyət əldə oluna bilər. Ətrafınızdakı insanlar heç də həmişə sizi dürüst anlamırlar. Əsl məqsədinizi onlara başa salın. Buna xeyli vaxt tələb olunsa belə, fikirlərinizi açıqlayın. Günün ikinci yarısında romantik macəra, ciddi münasibətlərin əsası qoyula bilər. Hisslərinizi gizlətməyin. Gələcəklə bağlı planlarınızda düzəlişlər edin. Axşam saatlarında ayıq-sayıq olun.

Tərəzi
Çətin, lakin maraqlı gündür. Günün ilk yarısı tələskəlik və hövsələsizlik durumunda keçir. Mühüm olan işi normal başa vurmaq imkanları tükənir. Kiçik işləri ətrafınızdakı insanlardan birinə həvalə edin ki, önəmli problemin çözümü üçün imkan və vaxt olsun. Sənədləşdirmə, hesabatlar və məruzələrlə məşğul olmaq üçün əlverişli zaman deyil. Kiçik səhvlər riski çoxdur. Günün ikinci yarısı daha sakit olacaq, gözləntiləri doğruldacaq. Dostlarla görüş əhvalınızı yaxşılaşdıracaq. Yaşlı qohumlarla danışarkən onların məsləhətlərinə qulaq asın. Belədə hadisələri yeni aspektdə görə bilməyiniz yüksəkdir. Yaşam mühütünüzdə köklü dəyişikliklər edə bilərsiniz.

Əqrəb

İşdə uğur qazanacaqsız. Şəxsi münasibətlər müstəvisində isə ambisiyalarınız böyük olmasın. Emosional fonunuz stabil deyil. Əhvalınız heç bir səbəb olmadan dəyişə bilər. Ətrafınızdakı insanlar davranışızı anlamayacaqlar. Yaşam potensialı səviyyəsi aşağıdır. Yoluxucu xəstəliklər və xroniki ağrılar başınızın üstünü ala bilər. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə çəkinin. Aldığınız təklifləri diqqətlə analiz edin. Sizə önəmli olan insanlardan axşam saatlarında xoş xəbər alacaqsınız.

Oxatan
Maliyyə baxımından olduqca uğurlu gündür. Maddi durumunuz əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Günün ikinci yarısına yaxın qəti və sürətli hərəkətlər tələb edən situasiyalara düşəcəksiniz. Konkret addımlar atmazdan əvvəl düşünün, etibar etdiyiniz insanlardan birini köməyə çağırın. Situasiyanın öhdəsindən təkbaşına gələ bilməyəcəksiniz. Yaxınlarınız və sizə əziz olan insanlarla söhbətlərdə səmimi olun, açıq ünsiyyətli olun. Niyyət və planlarınız barədə konkret danışın. İstəklərinizi bəyan etməkdən çəkinməyin. Sizə sayğı bəsləyən insanlar yardımlarını əsirgəməyəcəklər.

Oğlaq
Peşəkar sahədə uğurlara can atırsınızsa, uğur qazanacaqsız. Dövlət qurumlarına baş çəkmək, təşkilatlarda haqlarınızı qorumaq, kredit qurumunda problemi həll etmək üçün bu şansı əldən verməyin. Hadisələrə təsir imkanı olan şəxs sizə yardım edəcək. Yaşlı qohumlardan biri sizə yardım etmək istəyəcək. Amma onuda bilin ki, bu yardım təmənnasız olmayacaq. Günün ikinci yarısında səhhətinizdə problemlər yarana bilər. O üzdən səhhətinizə fikir verin. İşlər çox olduğundan şəxsi həyatla bağlı planlarınızı reallaşdırmaq çətin olacaq. Ruhdan düşməyin. Problemlərin çözülməsi üçün yeni imkan yaranacaq.

Dolça
Nüfuzlu insanlardan biri ilə təmasları aktivləşdirmək və gördüyünüz işə diqqəti cəlb etmək üçün əlverişli zamandır. Dəvət aldığınız tədbirlərə qatılın. Bacarıq, bilik və imkanlarınızı nümayiş etdirin. Günün ikinci yarısında bir qədərdə fəal olmağa çalışın. Şansınızı əlinizdə bərk-bərk tutun. Darıxdırıcı işlər sizi tez yora bilər. Vaxtınızın qədrini bilin, məntiqsiz diskussiyalara və mənasız mübahisələrə uzaq qaçın. Alış-veriş üçün əlverişli zamandır.

Balıqlar
Eksperimentlərdə müvəffəqiyyətlər sizi gözləyir. Başqalarının öhdəsindən gələ bilmədiyi məsələləri asanlıqla həll edə bilərsiniz. Daha təcrübəli həmkarlarınızı devr etmək şansınız yaranacaq. Peşəkar baxımdan sərfəli ola biləcək yeni tanışlıqlar istisna deyil. Günün ikinci yarısında daha aktiv olun. Səhhətinizə fikir verin. Xroniki ağrıların kəskinləşməsi, halınızın pisləşməsinin qarşısını almaq üçün ehtiyat tədbiri görün. Özünüzü travma və zədələrdən qorunun. Kulinar eksperimentlər üçün əlverişli zaman deyil.

"Ulduz falını" sizə təqdim etdik. Lakin bir vacib məqamı heç vaxt unutmayın. Günəşdən, aydan və ulduzdanda yüksəkdə yalnız Allahdır!