SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə hökuməti yeni evlənən cütlüklərə maddi yardım edilməsi ilə bağlı qərar qəbul edib.

BAKU.WS-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, qanuna edilən dəyişikliyə əsasən dövlət yeni ailə quran cütlüklərə 55 min lira (təxminən 25 min manat) yardım edəcək.

Belə ki, cütlüyün adın bank hesabı açılır və dövlət həmin hesaba hər ay 2500 liraya qədər (1130 manat) pul köçürür. Hesaba yatırılan pul 55 min liraya çatanda köçürülmə dayandırılır.

Bundan başqa, hökumət yeni ailə quranlara ev almaq üçün ən aşağı faizlə kredit verilməsi barədə qərar qəbul edib.

BAKU.WS