SİZİN REKLAM BURADA!
055 213 76 73



Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın:

Qoç :

Ulduzların düzümü xoş məqamların şahidi olacağınızı bəyan edir. Lakin bu kimi şansları qaçırmamaq üçün özünüz də aktivlik göstərməlisiniz. Əgər daxilinizdə paxıllıq və eqoistlik varsa, dərhal ondan təmizlənin.

Buğa :

Səhhətiniz imkan versə, paralel olaraq bir neçə işin öhdəsindən gələ biləcəksiniz. Şəxsi həyatınıza hakim kəsilən problemlərə də işıq düşəcək. Bu gün qonaqlıqlar, birgə gəzinti və səfərlər sizə yalnız ruh yüksəkliyi gətirə bilər.

Əkizlər :

Yeni əlaqələrə başlamaq üçün konkret addımlar atmağa dəyər. Amma hansısa məsələyə görə ciddi məbləğdə xərc çəkməyə lüzum yoxdur. Rəhbərliklə münasibətləri mülayimləşdirin.

Xərçəng :

Fevralın bəxtinizə düşən ən uğurlu günü yetişməkdədir. Nəzərə alın ki, artıq aparıcı bürc kimi şanslarınız da artmaqdadır. Bunu özünüz də hiss edəcəksiniz. Xüsusən də fəaliyyətlə bağlı uğurlu məqamlarınız artacaq.

Şir :

Ümumi məziyyətlərinə görə, düşərli gün hesab etmək olar. Bir tərəfdən maraqlı insanlarla görüşləriniz, digər tərəfdənsə şəxsi işlərinizdə baş qaldıran müsbət dönüş sizi sevindirəcək.

Qız :


Hiss olunur ki, qismən kasıb dövr yaşamaqdasınız. Amma darıxmağa lüzum yoxdur. Ən azı ona görə ki, Göy qübbəsi bu gündən maddi durumunuza müsbət təsir göstərəcək. Əsas vaxtınızı yalnız bu amilə ayırın.

Tərəzi :

Astroloji göstəricilər saat naharadək səhhətinizlə bağlı problemlərin yaranacağını bildirir. Odur ki, orqanizminizə uyğun olmayan işlərdən uzaq olun. Sonrakı saatlarda isə çoxsaylı sürprizlərlə rastlaşacaqsınız.

Əqrəb :

Maliyyə problemlərinizin artdığı bu ərəfədə özünüzü üzməməlisiniz. Çünki bu, qısa zamanı əhatə edəcək. Nahardan sonra köhnə dostlarınızın köməyilə mövcud çətinliklərinizi dəf edəcəksiniz.

Oxatan :

Günün birinci yarısı sizin üçün bir qədər mübahisəli keçə bilər. Odur ki, maksimum təmkin nümayiş etdirməyiniz vacibdir. Günün qalan hissəsini isə normal şəkildə başa vuracaqsınız. Axşam qonaq getməyiniz yaxşı olar.

Oğlaq :

Nahar saatlarını neytral şəkildə başa vurmağa çalışın. Çünki göstərilən ərəfədə müəyyən xoşagəlməzliklər baş verə bilər. Xüsusən də pulla bağlı söhbətlərdə ehtiyatlı olun. Günün qalan hissəsi qismən düşərlidir.

Dolça :


Astroloji göstəricilər bu günə böyük ümidlərlə yanaşdığınızı bəyan edir. Konkret olaraq günün ikinci yarısından bütün sahələrdə uğurlarınız mümkündür. O vaxta qədərsə əsas enerjinizi münasibətləri yaxşılaşdırmağa yönəldin.

Balıqlar :

Bu tarix çoxları kimi sizin də taleyinizdə əsaslı rol oynayacaq. Saat 11-14 aralığında gözlənilməz təsadüf nəticəsində mövcud problemləriniz aradan qalxmağa başlayacaq. O vaxta qədərsə yarımçıq problemlərinizin aradan qaldırmağa çalışın.

"Ulduz falını" sizə təqdim etdik. Lakin bir vacib məqamı heç vaxt unutmayın. Günəşdən, aydan və ulduzdanda yüksəkdə yalnız Allahdır!

Rəşad Əliyev
BAKU.WS