SİZİN REKLAM BURADA!
055 213 76 73



Meksikada insan alverçiləri tərəfindnə qaçırılan 12 yaşlı qız insanlığa sığmayan işgəncələrə məruz qalıb.


BAKU.WS
-in məlumatına görə, metro stansiyalarının birində rəfiqələrini gözləyən 12 yaşlı Karla Casinto naməlum şəxs tərəfindən qaçırılıb. Onu gizlin bir yerə gətirən insan alverçiləri həmin gecə qıza olmazın işgəncə veriblər. Qaçırıldığı gecə 12 yaşlı qız 10 nəfər tərəfindən zorlanıb.

O gündən sorna Karla Casinto fahişəliyə məcbur edilib. Onu gündə 30-50 kişi ilə pul qarşılığında yatağa məcbur ediblər. 4 il müddətində cinayətkar dəstənin əlində əsir olan Karla Casinto sonradan polis tərəfindən azad edilib.

Karla Casinto bildirib ki, 4 il ərzində onu 43 min kişi zorlayıb. Başına olmazın müsibətlər gələn Karla Casinto gənc qızların heç kimə aldanmamağa çağırıb.

"Heç kimə aldanmayın. Kiçik bir səhv böyük bədbəxtçiliyə səbəb ola bilər. Yatdığım kişilər mənə gülürdü. Çünki durmadan ağlayırdım. İlk əvvəllər kişilərə müqavimət göstərirdim. Lakin sonralar tanımadığım insanlarla yatmaq mənə təsir etmirdi. Zorlanan zaman gözlərimi bağlayırdım ki, mənə etdiklərini görməyim. Beləcə heç nə hiss etmirdim”, - deyə Karla Casinto bildirib.

Ziya Səccad
BAKU.WS