SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın xalq artisti, qarmon ifaçısı Kamil Vəzirov dünyasını dəyişib.

BAKU.WS-in məlumatına görə, Kamil Vəzirov bu gün günorta saatlarında vəfat edib.

Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, xalq artisti qəfildən dünyasını dəyişib.

Kamil Vəzirovun ölüm xəbəri Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə təsdiqlənib.

Bildirilib ki, K. Vəzirovla vida mərasiminin keçiriləcəyi vaxt və dəfn olunacağı yer dəqiqləşdirilir.

Qeyd edək ki, Kamil Vəzirov mərhum kamança ustası, Əməkdar artist Ədalət Vəzirovun qardaşı olub.

Allah rəhmət eləsin!

BAKU.WS