VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda Məhəmməd adının vahid forma kimi qəbul edilməsi, Mamed və Məmməd adlarına qoyulan qadağa düzgün hal deyil.


BAKU.WS
-in məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə qızğın mübahisələr gedir. Sadə insanlar dədə-babalarımıza da qoyulan Mamed və Məmməd adlarına qoyula biləcək qadağadan narahatlıqlarını bildirirlər.

Bu addımın atılması əslində hüquqi baxımdan da düzgün deyil. Bununla bağlı hüquqşünas Ələsgər Məmmədli BAKU.WS-ə açıqlamasında bildirib ki, vətəndaşların azadlıq hüququ Azərbaycan Konstitusiyası ilə qorunur. Konstitusiyanın 71-ci maddəsində vətəndaşların azadlığını qoruyan müddəalar var.

"Bu çox anormal yanaşmadır. Bu qərar Şimali Koreyada kişilərin eyni saç düzümündə olmasını məcbur edən qərara çox bənzəyir”, - deyə hüquqşünas bildirib.

Ələsgər Məmmədli belə qanunla onun da birbaşa hüquqlarının pozulduğunu qeyd edib: "Mənim də soyadım Məmmədlidir. Yəni Məmməd adı nəslimizdə var. Mən də gələcəkdə nəslimizin davamçılarına bu adı qoymaq istəyəcəyəm. İndi bunu mənə qadağan edəcəklər? Çox gülməlidir”.


Cəmiyyətdə belə qanunlara etirazlar normal haldır. Bu barədə kulturoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib. Alimin sözlərinə görə, elə qərarlar var ki, onlar qəbul olunarkən bir-iki nəfərin deyil, bütün vətəndaşların fikirləri nəzərə alınmalıdır: "Bu qərar qəbul olunarkən gərək Mamed və Məmməd adlı, soyadlı insanalara müraciət olunsun. Onlarla məsləhətlər aparılsın. Onların fikirləri nəzərə alınsın. Əks təqdirdə bu vətəndaşları saymamazlıq olar. Mənim də soyadım Məmmədlidir. İndi soruşmadan necə mənim soyadımı Məhəmmədli edə bilərlər?”.

Qeyd edək ki, Azərbaycanda elə adlar var ki, onlar gülməli və şəxsiyyəti aşılayır. Məsələn. Traktor, Kombayn,  Xoruzbanu, Qoz, Həçpiçə və s. Belə adların mümkün qədər yığışdırılması təqdirəlayiqdir. Lakin hətta həmin adların belə qayulmasına heç kim qadağa qoya bilməz. Çünki Azərbaycan Demokratik Respublikadır. Burada insan azadlığı var.

Ziya Səccad
BAKU.WS